"Niyə ağbirçəklər, ağsaqqallar 13-14 yaşında qızları 30-35 yaşlı kişilərə elçiliyə gedirlər?"
Oxunub: 3025
21 Jun 2021 | 15:10
90-cı illərdə, 2000-ci illərin əvvəllərində bizim ipə-sapa yatmayan adamlarımız vardı. Siyasi proseslərdə heç nəyi qəbul etməyən, eyni zmanada heç bir şey də təqdim etməyən insanlarımız meydan sulayırdı. Sanki onlar üçün bütün dünya dar idi. İçərilərindəki aqressiyanı, zoru, kini tökməyə yer tapmırdılar. Görürsünüzmü, indi necə sakitləşiblər...
 
 
Moderator.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Bakupost.az -a müsahibəsini təqdim edir:
 
- Adətdir deyə söhbətə ənənəvi sual ilə körpü salmaq istəyirəm. Necəsiniz?
- Çox yaxşıyam. Çünki nəinki Azərbaycanın, bütün Türk dünyasının həyatında çox vacib hadisə baş verib. Bu hadisə bizim təkcə bugünkü əhval-ruhiyyəmizi deyil, gələcəyə yönəlmiş planlarımızı, prespektivlərimizi, hədəflərimizi və ona yanaşmanın əhval-ruhiyyəsini müəyyən etməyə imkan verir.
 
 
- İstərdim əvvəlcə rəhbərlik etdiyiniz komitənin gördüyü işlərdən danışaq. Şəhid və qazi ailələrinə hansı yardımlar olunur, onların mövcud problemlərinin həlli yolunda hansı addımlar atılır?
- Əlbəttə, hər bir qurumun özünəməxsus səlahiyyət sahəsi, vəzifələri, tapşırıqları var. Adını çəkdiyiniz təbəqə Azərbaycanda çox həssas təbəqəyə daxildir. Onlarla işləməyin özünməxsusluğu var. Burda işin sosyopsixoloji, iqtisadi və mənəvi tərəfəri var. Bütün bunların hamısı, həm qanunlara, həm səlahiyyətlərə, həm də mənəvi kriteriyalara uyğun olmalıdır. Hesab edirəm, əlaqdar qurumlarla birlikdə hərə öz sahəsində bu məsələyə lazımi diqqəti göstərir. Bilirsiniz ki, sözügedən təbəqəyə aid ailələrin istər maddi vəziyyətlərini yaxşılaşdırmaq, istərsə də sağlamlıqlarının qayğısına qalmaq məqsədilə xüsusi bir fond yaradılıb. Əlbəttə, o fondun formalaşdırılması prosesinə dəstək göstərməklə yanaşı digər proseslərdə də yönləndirmək, istiqamətləndirmək və maarifləndirməklə dəstək olmağa çalışırıq. Bəzi hallarda isə, həm maddi, həm mənəvi cəhətdən dəstək oluruq. Necə ki, qələbəni qazanarkən, ona hazırlaşarkən, o məşəqqətli yolu keçərkən əsgər, qazi, şəhid ailələrinə dəstək olduq, eləcə də böyük Zəfər sonrası nəticələrə sahib çıxmalıyıq. O qələbəni qazananların qarşısında vəfa borcumuzu unutmamalıyıq. Onların ailələrinə, doğmalarına diqqət, mərhəmət, qayğı göstərməliyik. Çətinliklərini yüngülləşdirmək üçün bütün dövlət orqanları, mətbuat və bütövlükdə cəmiyyət olaraq səfərbər olmalıyıq.
- Son on ildə Azərbaycanda qadına şiddət pik həddə çatıb. Bu gedişatla bağlı nə deyə bilərsiniz?
- Bu yüz illərdən, adət və məişətimizdən qalan və aradan qaldırılmalı olan bir problemdir. Mənə elə gəlir ki, bu sualı başqasına verməzdən əvvəl dönüb öz ailəmizə, ətrafımıza, ailə zəncirinin arxa halqalarına baxsaq görərik ki, biz ordan nələri almış, nələri saxlamış və nələri ötürməkdəyik. Bəzən səbəbləri kənarda axtarırıq. Hansısa dövlət qurumunda günah görürük.
- Hədəf olaraq ən çox da Komitə seçilir...
- Mən insanları qınaya bilmərəm. Bəlkə də birinci buradan başlamaqla doğru edirlər. Hər birimiz nə qədər geniş fəaliyyət sahəsilə məğul olmağa can atsaq da, hamımızın qayıdacaq sığınacaq yerimiz ailəmizdir. Burada nə varsa onu da cəmiyyətə, böyük ailəmizə daşıyırıq. Cəmiyyətdən içəriyə daşımaq bir qədər məhdudiyyətlərlə qarşılanır, amma ailədən cəmiyyətə çıxan məsələlər daha coxdur. Kimin nəyi varsa onu ötürür. Amma öz evinin qapısını möhkəm bağlayır. Nəinki evinin, eyni zamanda qəlbinin, mənəviyyatının, düşüncəsinin qapısını heç bir yeniliyə, dəyişimə açmır. Bu yerdə gələnlə gedənin balansı pozulur. Bu balansın pozulması özü bəzi arxaik düşüncələrin cəmiyyətdə rol aldığı görüntüsünü yaradır.
 
Azyaşlı qızlar erkən nikaha məcbur edilir. Bu ən böyük zorakılıqdır. Bu bizim mənəvi dəyərlərimizə, əldə etdiyimiz nailiyyətlərə vurulan böyük zərbədir. Sual olunur, niyə ağbirçəklər, ağsaqqallar 13-14 yaşında qızları 30-35 yaşlı kişilərə istəmək üçün elçiliyə gedirlər? Onlara xeyir-dua verirlər? Tədbirində canla-başla iştirak edirlər. O qonşular bunu görmür? Mütləq səlahiyyətli bir qurumun nümayəndəsi gəlib görməli, etirazını bildirməlidir? Düşünürəm, bu məsələlərdə vətəndaş məsuliyyətimiz olmalıdır. Dünyəvi bir dövlətin vətəndaşı olaraq bunun qarşısını ilk növbədə özümüz almalıyıq. Bu gün erkən nikah da, narkotik aludəçiliyi də, insan alveri də, bütün dünyada rast gəlinən, hətta bizdə olduğundan daha ağır nəticələr verən cinayətlərdəndir. Amma heç bir ölkədə insanlar baş verənləri aparıb öz milli təfəkkürünə, mentalitetinə bağlamır. Başqa ölkələrdə bu hadisələr fərdin törətdiyi cinayət əməli kimi təqdim edilir və onun səbəbləri içərisində geridə qalmışlıq, qanunu tanımamazlıq, insan hüquqlarına hörmətsizlik səbəb olaraq götürülür. Daha bunu dövlətin, xalqın əldə etdiyi nailiyyətlərə kölgə salan milli xüsusiyyətləri kimi qələmə vermirlər. “Biz buyuq” demirlər. Biganəlik göstərmir, hadisənin özünü pisləyir, onu törədən şəxsə adekvat cəza tələb edirlər. Yox əgər, onun lazımi cəzasını vermək üçün müvafiq mexanizm yoxdursa, onun olmasını tələb edir və özləri də prosesdə yaxından iştirak edirlər. Bax biz buna çalışmalıyıq. Cəmiyyət olaraq pis vərdişlərin, adətlərin özünü həyatımıza təhlükə kimi dəyərləndirməli və ona qarşı bütün səviyyələrdə mübarizə aparmalıyıq.
 
Sualınıza qayıtmaq istəyirəm. Deyirsiniz son zamanlar qadına şiddət artıb. Bəlkə də o qədər artmayıb, (statistika da bunu deyir) sadəcə onun haqqında daha çox danışılır, daha tünd rənglərlə təqdim olunur. Əlbəttə cinayətlər, zorakılıq, ədalətsiz yanaşmalar var. Qadına cəmiyyətdə, dövlət əhəmiyyətli mövqelərdə, ailədə həmahəng olmayan münasibətlər var. Bunu heç kim inkar etmir. Amma o aparıcı və məqsədli xarakter daşımır. Məsələn, bu yerə gələnə qədər, İnsan Hüquqları Komitəsinin sədri kimi, ATƏT-də Azərbaycan nümayəndəliyinin rəhbəri kimi başqa ölkələrə gedib onların daha çox nailiyyətlərinə diqqət yetirən insan kimi bu məsələlər mənə başqa cür təsir edirdi. Amma elə ki, məsələnin mahiyyətinə bələd olmağa başlayırsan, praktikada, real həyatda, öz şəxsi təcrübəndə problemlərin kökünə, hazırkı vəziyyətinə dərindən baxırsan görürsən ki, rənglər həqiqətən də tündləşdirilir. Bəlkə də biz qadınlara yönəlmiş şiddətə daha cox fikir veririk. Halbuki ümumilikdə insana qarşı yönəlmiş bütün şiddət və zorakılıqlar cinayətdir. Bəs onda nəyə görə biz ən çox ailədaxili zorakılıqdan danışmalıyıq? Ona görə ki, bu yolverilməzdir. Qadına olan şiddət də məhz məişətdə, ailədaxilində baş verən zorakılıqların bir nəticəsi kimi çıxış edir. Səbəbi bir kənarda qoyub nəticə ilə məşğul oluruq. Bəlkə də mövzunu bir az da qlobal götürməliyik. Onun bir elementi ilə deyil, bütövlükdə onu doğuran səbəblərə köklənməliyik. Xarakterimizdəki “olmasaydı yaxşı olardı” dediyimiz, arxaik saydığımız, düşüncə və vərdişlərdən, zərərli stereotiplərdən, bəzən yanlış olaraq adət- ənənə adlandırdığımız yaşam tərzimizdən imtina etməliyik.
- Yəni demokratik cəmiyyət istəyiriksə, əvvəlcə demokratik ailə modelini formalaşdırmalıyıq...
- Birmənalı olaraq. Özü də yalnız yazılı qanunlarla deyil, həm də yazılmamış qanunlarla. Tarixən bizə xas olan tolerantlıq və dözümlülük kimi yüksək keyfiyyətlərimizdən, öz doğma və yaxınlarımıza, bizimlə birgə bu həyatı bölüşən insanlara sevgi və hörmətlə yanaşmaq kimi ali dəyərlərimizdən, insanlığa zidd olan məsələlərə qarşı dözümsüzlüyümüzdən qaynaqlanan dünyagörüşümüzü və təfəkkür tərzimizi daha çox qabartmalıyıq.
Cəmiyyətdə azərbaycançılıq və insanpərvərlik, ailədə isə doğmalıq və bərabərlik prinsiplərinə əsaslanmalıyıq.
Bu bir həqiqətdir ki, türk qadınına tariximizin və həyatımızın bütün dönəmlərində belə bir münasibət olub. Tayfa, oba başçıları, sonralar xanlıq, milli dövlət səviyyəsində qadınların fikirləri, rolları və mövqeləri əhəmiyyətli sayılıb. Bütün bunlara əsaslanaraq ailədə üzvlər arasında doğru münasibət formalaşdırmalıyıq. İnkişaf etdirmək istədiyimiz demokratik cəmiyyətimizin əsası olan ailəni mühafizəkar qaydalarla idarə etmək istəklərimizə yenidən baxmalıyıq. Ona görə yox ki, bunu bizdən Avropa Şurası, ATƏT istəyir. Öndərimiz Heydər Əliyevin təbirincə desək, biz demokratik inkişaf yolunu kiməsə göstərmək üçün deyil, öz xalqımız və gələcəyimiz naminə seçmişik.
 
Doğrudur, indi bütün bu məsələləri ümumilikdə gender bərabərliyi adlandırırlar.
 
Əgər bu söz birləşməsi kimisə qane etmirsə, gəlin buna bərabər inkişaf deyək. Ailədə, cəmiyyətdə məsuliyyət və rolların bölüşdürülməsində qadın- kişi fərqi qoymayaq. Onlara ailənin, cəmiyyətin və dövlətin taleyinə cavabdeh subyektlər kimi yanaşaq.
- Feminizmə münasibətiniz necədir?
- Mən bütün "izm"ləri həyatımın kənarında tutan insanam. Onların heç biri mənə görə ayrılıqda aparıcı xətt ola bilməz. Heç vaxt kişilərdən daha üstün mövqe tutmaq kimi bir iddialara üstünlük verməmişəm və bunu da zərərli hesab edirəm. Ümumiyyətlə, hər hansı ifrat yanaşma zərərlidir. Siz feminizmin tarixinə nəzər salanda görərsiniz ki, o anlayışı yaradanlar bir sıra hədəfləri qarşıya məqsəd qoymuşdu. O hədəflər ki, biz artıq onlara çox uzun illər əvvəl nail olmuş bir cəmiyyətik. Bərabər hüquqların, inkişafın, iştirak və təmsilçiliyin, dinlənilmənin, qadının cəmiyyətdə haqq sahib olmasının həm tarixi, həm də müasir ənənəsini yaratmışıq.
Zaman dəyişdikcə bütün hərəkatlar kimi o da xarakterini, tələblərini və mahiyyətini dəyişməkdədir. Mənə elə gəlir indiki halda bu "izm" də fərqli məqsədlər ücün bir istifadə vasitəsi olaraq seçilib.
- Ataərkil bir toplumda qadın siyasətçi olaraq hər zaman öndə olmağı bacarmaq həyatınızda nə kimi çətinliklərə səbəb olub?
 
- Siyasət meydanında qadın üçün də, kişi üçün də çətinliklər mövcuddur və mən bu çətinlikləri cinsi mənsubiyyətlərə ayırmamışam heç zaman. Əgər bu belə yanaşsaydım, yəqin, bu gün bu mövqedə olmazdım. Hesab edirəm, yüksək mövqelərdə uğurlu qadınlarımızın az olması məhz onların bu cür yanaşmalarından doğan məsələdir. Biz vətəndaş olaraq insan hüquqları, imkanları, öhdəlik və məsuliyyətləri baxımından məsələlərə yanaşanda hər kəsi anlamaq da asan olur, çətinlikləri hiss etməklə, onların həlli yolunu tapmaq da. Siyasətdə qadın-kişi yanaşması, hansı üçün daha çətindir, hansı üçün daha asandır? Bu sualların özü də bizi əsas hədəfdən yayındırır. Biz bu sualı bu şəkildə qoyuruqsa, deməli, fərqli yanaşma istəyirik. Sonra da bu yanaşmaları qarşı-qarşıya qoyuruq, üstünlüyü də təbii olaraq qarşı cinsin nümayəndələrinə veririk. Bizə elə gəlir ki, nə qədər bu barədə çox danışsaq, fərqlərini, oxşar cəhətlərini axtarsaq məsələni yoluna qoymuş oluruq. Mənə görə əgər biz nəinki siyasətdə, həyatın bütün sahələrində belə məsələnin bu tərəfinə deyil, proseslərdə yalnız vətəndaş olaraq iştiraka, töhfə verməyə, toplumun qarşısında duran vəzifələrə konstitusiyamızda əksini tapan, etnik və dini kimliyindən, cinsindən asılı olmayaraq məsuliyyət daşımalı olduğumuza diqqət yetirsək, bunu özü bizi istədiyimiz cəmiyyətə qovuşdura bilər.
- Uzun illərdir aktiv siyasətlə məşğulsunuz. Siyasi mühitdə olmağın sizin həyatınıza nə kimi mənfi müsbət təsirləri olub?
- Müsbət tərəfi ondan ibarətdir ki, məni əhatə edən mühitdə, cəmiyyət və dövlət həyatında, bütövlükdə içərisində olduğum zamanda baş verən proseslərə qatılıram. Ölkəmiz və xalqımız üçün taleyüklü dönəmlərdə, hadisələrin qaynar hissəsində yer alıram. Bu məsələlərlə bağlı fikirlərim öyrənilir, münasibət bildirirəm. Ehtiyac duyduqda özüm bu barədə nələrsə yazıram. Bir vətəndaş olaraq isə təkcə öz həyatımı yaşamıram. Xalqın, dövlətin həyatı məndən keçir və mən ondan kənar öz həyatımı təsəvvür etmirəm.
- Bu sizi yormur?
- Yorulmuram. Əksinə məhdud çərçivədə hansısa lokal məsələlər ətrafında müzakirə aparanda yoruluram.
- Sosial şəbəkədə aktiv siyasətçilərdənsiniz. Sosial mühitin neqativ aurasını bütöv cəmiyyətin əhval-ruhiyyəsinin göstəricisi kimi qəbul etmək olarmı?
- Bizim əvvəlki ənənimizdə daha çox pozitivi göstərmək prinsipi var idi. İndi cəmiyyət bir az dəyişib. Neqativə meyillik yaranıb. Bu özünü təkcə sosial şəbəkədə deyil, həm də mətbuatda göstərir. Təəssüflər olsun qələm adamlarının, ədəbiyyat əhlinin içərisində də belə insanlar üstünlük təşkil edirmiş kimi görünür. Tamamilə fərqli bir "cığır" açıblar özlərinə. Buna yol demirəm. Çünki o yol deyil. Onu yol olmağa imkan vermək olmaz. Açdıqları həmin cığırlarla da özlərinin arxasınca neqativə meyilli kütləni aparırlar. Sanki bu minvalla fərqliliklərini, özünməxsusluqlarını göstərmək istəyirlər. Onlara elə gəlir həqiqəti göstərirlər. Amma həqiqət heç də hər zaman bizim görə bildiyimiz və görmək istədiyimiz kimi deyil. Onun görünməyən, bizə aydın və məlum olmayan tərəfləri də var.
Hər kəs qəvvas ola bilməz. Hamı mirvarini tapıb çıxara bilməz dərinlikdən. Sadəcə orada mirvari var deyə bağıra bilər. Odur ki, cəmiyyətimizin üst qatında baş verənləri bütövlükdə mahiyyətimiz olaraq qələmə verməklə özümüzə yuxarıdan aşağı baxmağa haqq qazandıra bilmərəm. Mövcud neqativ münasibət və dəyərləndirmələrin səbəbinin yalnız özümüzdən qaynaqlandığını və buna görə də bütün uğur və qələbələrimizi heçə sayanların nə qədər böyük bir qəsd və hiylə içərisində olduğuna isə biganə qalmaq olmaz.
Amma düşünürəm, zaman hər şeyi cilalayır. Məsələn, 90-cı illərdə, 2000-ci illərin əvvəllərində bizim ipə-sapa yatmayan adamlarımız vardı. Onların bir çoxu da qələm adamları idi. Siyasi proseslərdə heç nəyi qəbul etməyən, eyni zmanada heç bir şey də təqdim etməyən insanlarımız meydan sulayırdı. Sanki onlar üçün bütün dünya dar idi. İçərilərindəki aqressiyanı, zoru, kini tökməyə yer tapmırdılar. Görürsünüzmü, indi necə sakitləşiblər.
- Onları öz fikirlərindən daşındıran nə oldu sizcə?
- İlk növbədə yoruldular. Buna enerji lazımdır. Əgər sən hər şeyi qara təqdim edərək o qaranın içərsində yalnız bir ağ dairə olduğunu fikirləşərək yaşayırsansa ilk olaraq özünü məhv edəcəksən. Başqasının paxıllığını çəkən, ona hiylə quran, məhv etmək üçün planlar cızan adam üçün həyat çox çətindir. O adamın sənin daxilində baş verən fırtınalardan xəbəri yoxdu. Amma sən özün gecələr yatmırsan. Hiylə, məkir, nifrət içində ömrünü puç edirsən. Mənə elə gəlir onların bir qismi bunu dərk etdilər. Bir insan ömrü nə qədərdir ki, o, öz ömrünü başqlarını məhv etməyə, yaxşı işlərin üstündən xətt çəkməyə həsr etsin. Bütün dünyanın qəbul etdiyi həqiqətlər var axı. Müstəqil Azərbaycan Respublikası var. Sən bu dövlətin müstəqil olması uğrunda can qoyan insanların varlığını qəbul etmirsənsə, səni kim görəcək? Sən əvvəl-axır görünməz olacaqsan.
Üzü geriyə bir baxın. 30 il tarix üçün elə də böyük bir zaman dilimi deyil. Amma bizim əldə etiklərimizə baxaq. Bu qısa müddətdə çox böyük işlər görmüşük. Yüz illərə söykənən bir məkrin qarşısında dəmir yumuruğumuzla dayana bildik. Bu barmaqlar əgər lazım gəldiyində birləşib yumruğa çevrildisə, erməniçiliyin, təcavüzün başına endirildisə deməli, biz bunu bacarırıq. Yaxşı, bu yumruq açılandan sonra "gəl indən sonrakı yolda bərabər gedək" deyə sənə uzanan bir ələ çevrilirsə və sən o əli bəhanələrlə rədd edirsənsə, səni də zaman yeyəcək. Amma görülən iş qalacaq və xalq bunu heç vaxt unutmayacaq. Bu cəmiyyətə xalqa tarix hər zaman sübut edib ki, kənardan gətirilən ideyalar heç vaxt bu ölkədə reallaşmır. O məsələlər ki, bizə qrant layihələrlə tətbiq olunur, bizi qarşıdurmaya çəkməyə, diqqətimizi başqa istiqamətlərə yönəltməyə hesablanır, o layihələrə ayrılan vəsaitlərin hamısı bataqlığa gedir.
- Siyasətçilərlə xalq arasında dərin bir uçurum var. Bu hardan qaynaqlanır sizcə?
 
Ardı var...
 
 
 
Oxşar xəbərlər
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır