Bərdədə bir inqilabçı xanım peyda olub: Rayonda təhsilalan da razı, təhsilverən də...
Cəmiyyət
Oxunub: 6930
21 Jun 2021 | 10:59
Bərdədə bir inqilabçı xanım peyda olub: Rayonda təhsilalan da razı, təhsilverən də...

İnsan oğlu ağlı kəsəndən İslam peyğəmbərinin beşikdən məzaradək oxumaq nəsihəti barədə məlumatlandırılır. Bu bəlkə də ilk baxışda üstündən sükutla keçiləsi adi bir fikir kimi də yozula bilər. Amma məsələnin ciddiliyinə vardıqda bu nəsihətin olduqca dərin fəlsəfi mahiyyət kəsb etdiyini anlamış oluruq. Yəni insan oğlu ilk fürsətdəcə oxumaq, öyrənmək, həyatı bacardığı qədər anlamaq üçün çaba xərcləməlidir. İlk fürsət dedikdə təbii ki, ailədə, ardından körpələr evində və uşaq bağçalarında verilən "həyat dərsi"ndən söhbət gedir. Etiraf edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsi və təhsili dedikdə birinci mərhələ kimi ibtidai təhsil nəzərdə tutulur və bir çox valideynlər belə hesab edir ki, övldlarının gələcək uğurları üçün bu kafidir. Amma dünya artıq çoxdan bu qənaətin yanlış olduğunu elmi əsaslarla sübut edib və uşaqların ən kiçik yaşlarında insan kimi formalaşması, sosiallaşması, fiziki və psixoloji olaraq toparlanması üçün məktəbəqədər təhsilin olmazsa olmaz olduğu qəbul olunur.

Gəlin görək Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxşdirmi və ölkə üzrə neçə faiz uşaq birinci sinifə ailədən deyil, məhz məktəbəqədər təhsil müəssisələrindən gedir? Etiraf edək ki, müstəqilliyimizin 30-cu ilini yaşasaq da bu müddət ərzində bütövlükdə təhsil sistemini nizama sala bilməmişik və bir çox ekspertlər haqlı olaraq bu qənaətdədir ki, uşaqlardan təcrübə dovşanı kimi istifadə halları ifrata varılır və milli təhsil sistemimizə transfer adı ilə calaq edilməyə çalışılan yabançı təsirlər vəziyyəti dözülməz həddə çatdırıb. Nəticədə təhsilalan da bezib, təhsilverən də. Məhz bu cür zərərli eksperimentlər ən sarsıdıcı zərbəni məktəbəqədər təhsil sisteminə vurub və kiçik yaşlı körpələrin hansı qurumların - Təhsil Nazirliyininmi, yoxsa icra hakimiyyətlərininmi himayəçiliyinə verilməsinin daha doğru olması hələ də günümüzün acı müzakirə-mübahisə predmeti olaraq qalmaqdadır. Təbii ki, körpələr evi və uşaq bağçaları adından da bəlli olduğu kimi məktəbəqədər TƏHSİL müəssisəsi hesab olunduğundan bu təsisatların Təhsil Nazirliyinə yaxından-uzaqdan dəxli var. Amma onu da nəzərə almaq lazımdır ki, təhsil sistemi öz özlüyündə ölkə həyatının çox böyük sahəsini əhatə etdiyindən məkətəbəqədər təhsil müəssisələrinin məhz yerli icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilməsi daha məntiqlidir. Çünki bu zaman həmin qurumların idarəetməsi və fəaliyyətinə birbaşa nəzarət etmək fürsəti yaranır. Tutaq ki, hansısa rayonun icra başçısı rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsinə təkcə qanunların bunu ondan tələbə etməsinə görə deyil, həm də yaxın ailə üzvlərinin və bəlkə də nəvəsinin həmin körpələr evi və ya bağçaya getməsinə görə də özündə mənəvi məsuliyyət hiss edir. Mənəvi məsuliyyətin bir çox hallarda hüquqi və inzibati məsuliyyətdən daha önəmli faktor olmasını da yaşadığımız həyatda özümüz şəxsən yaşamaqda və ya görməkdəyik. Bu baxımdan Bərdədəki məktəbəqədər təhsil nümunəsini misal çəkmək olar.

Yeri gəlmişkən, pandemiyanın təhsil sisteminə fəsadları daha çox oldu və bu azmış kimi ötən ilin 44 günlük Zəfər savaşı günlərində Bərdəyə ermənilərin raket hücumları, xeyli sayda mülki əhalinin və körpə uşaqların həlak olması bu rayonu ölkə miqyasında xeyli tanıtdı və ömrü boyu bircə dəfə də bu rayonda olmayan minlərlə məmləkət insanı bu qəhrəman şəhəri görmək və şəhidlərin xatirəsini yad etmək üçün rayona axışdı. Məhz bu təmaslar zaman rayondakı məktəbəqədər təhsil müəssisələrində inqilabi dəyişiklik olduğu barədə məlumatlar bu mözuya baş vurmağımızı diqtə etdi. Bəlli oldu ki, hətta savaş getdiyi günlərdə Bərdə bir yandan döyüşür, gələn yaralarıların həyatda qalması üçün bütün rayon camaatı səfərbər olub, eyni zamanda da azyaşlı körpələr məhz onlara gəl-gəl deyən ikinci ana qucağında-körpələr evi və uşaq bağçalarında özlərini daha rahat hiss etdiklərini davamiyyətləri ilə ortaya qoyublar. Məhz bu səbəbdən bu gün Bərdədə bu sahədəki ən böyük problemlərdən biri valideynlərin öz övladlarını inadkarlıqla, israrla bağçalara qoymaq istəklərinin qarşılanmamasıdır. Yəni məkətəbəqədər təhsil müəssisələri sovetlər dönəmində və ondan sonrakı az qala 30 ildə ikinci dərəcəli məsələ kimi gözdən-könüldən uzaq olub və nəinki keyfiyyətli təlim-tərbiyə verilməsi arxa plana keçib, yarıuçuq və sağlamlıq üçün təhlükəli olan istismar müdddətini başa vurmuş bu bağçalara valideynlər övladlarını aparmağa risk etməyiblər.
Amma son dövrlər Bərdədə bir inqilabçı xanım peyda olub və Bakıdakı rahat işini, ali məktəbədəki pedaqoji fəaliyyətini Bərdədə körpələrə xidmətə dəyişməsi, eyni zamanda rayon rəhbərliyinin də bu məsələdə ona dəstək verməsinin uğurlu nəticəsinin sorağı ətraf rayonlara və Bakıya da gedib çatıb. Maraqlıdır ki, Azərbaycanda haqsız rəqbət bütün sahələri cənginə aldığı kimi özəl və dövlət təhsil müəsssiələri də az qala şagird qəbulu üçün savaşa çıxıblar. Amma Bərdədə bu savaşdan əsər əlamət yoxdur. Çünki dövlət təhsil müəssisələrində elə şərait yaradılıb ki, özəl bağça açmaq kimsənin yadına düşmür. 
Bəli, Bərdə şəhər 10 saylı körpələr evi - uşaq bağçasının müdiri Leyla Məmmədova qısa zamanda bütün rayonda özündən söz etdirməyi bacarıb. Bu novatorluq valideynləri məmnun etməklə bərabər rayon rəhbərliyinin də diqqətindən qaçmayıb və bağça müdiri eyni zamanda rayondakı məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarət üçün icra hakimiyyəti yanında yaradılan komissiyaya rəhbər təyin edilib. bundan sonra Bərdədə fəaliyyət göstərən 33 bağçadan 24-ü icra başçısının dətəyi hesabına məhz Leyla Məmmədovanın təşəbbüsü ilə qısa zamanda əsaslı təmir olunaraq azyaşlıların sərəncamına verilib. Eyni zamanda davamiyyət 85-90 faiz-ə qalxıb. Qeyd edək ki, Bərdə rayonunda 1- 6 yaş arası uşaqların ümumi sayı 14463 nəfər, 1-5 yaş arası uşaqların sayı 11 807 nəfərdir.
Tanınmış təhsil eksperti Kamran Əsədov da Moderator.az-a açıqlamasında məktəbəqədər təhsil müəssisələrinin önəmli olduğunu, bu sahəyə diqqət və qayğının artırılmasının zəruriliyini deyir:
"İlk növbədə qeyd etmək istəyirəm ki, 2021-ci il üzrə ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 66 qeyri-dövlət (65 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. 2006-ci ildə Azərbaycanda dövlət bağçalarının sayı 1761 olub. Həmin ildə 3 özəl bağça var idisə, hazırda 66 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə göstərir. Azyaşlı uşaqların bağçalara getməsi çox vacibdir. Belə ki,  Bağçalarda uşaqlar kollektivə alışır, özlərini aparmağı, süfrə mədəniyyətini öyrənirlər. Çünki şəxsiyyətin formalaşmasında vacib olan bir çox amillər məhz bağçada yaranır. Məsələn, əsəbi davranışlar, ərköyünlük, özünəqapanma, eqoistlik bağçada, digər uşaqların arasında tədricən itir.
Hesab edirəm ki, əgər uşağı məktəbəqədər tərbiyə müəssisəsinə qoymuruqsa, bir o qədər onun tərbiyəsində gecikmiş oluruq. Uşağın müəyyən yaş dövrlərində onun öyrənməli, bilməli olduğu bəzi vacib amillər var. Yəni, 3 yaşındakı uşağın beyni açıq səhifə kimi olur. Nə yazırsan, onu da götürür. Erkən yaşda uşağın tərbiyəsi nə qədər düzgün istiqamətdə qurulsa bu, bir o qədər yaxşıdır.
Vacib bir məlumatı qeyd edim ki, Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25%-i məktəbə bağçalardan gəlir. Təklif edirəm ki, bundan sonra tədris vahidliyinin qorunması şərti ilə baxçalar özəlləşdirilsin.  Misal olaraq Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir.
Bağçada təhsilə yanaşma və baxış dəyişməlidir. Təəssüf ki, bunu hələ də təhsil kimi qəbul edə bilmirlər. Məktəbəqədər təhsilə 1-3 yaşda cəlb edilən uşaqların psixoloji inkişafı məqsədyönlü şəkildə aparılır. Bunu tədqiqatlar da sübut edir. Bu da onun bilik səviyyəsini, ətraf aləmlə tanışlığı, digər həmyaşıdları və böyüklərlə ünsiyyətidir. Burada özünəməxsus cəmiyyətdə uşağın inkişafı nəzarət altına alınır. Bu gün bağçaların vəziyyəti heç də ürək açan deyil. Dövlət büdcəsinin vəsaiti hesabına hər il təmir olunsa da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün heç bir addım atılmır. Onlar tədris resursları ilə çox zəif təmin olunub".
Dəyərli oxucu, biz müşahidələrimiz və araşdırmamız əsasında regiondakı məktəbəqədər təhsil müəssisələrindəki mövcud durum və bu sahədə baş verən yenilikləri oxucularımıza və təhsil ictimaiyyətinin müzakirəsinə təqdim etməyi lazım bildik. Biz qəsdən Bərdədəki inqilabçı bağça müdirəsini danışdırmağı və onun fikirlərini çatdırmağı artıq hesab etdik. Düşündük ki, yüz eşitməkdənsə, oxumaqdansa yaxından maraqlanmaq istəyənlərin bir dəfə öz gözləri ilə görməsi yetərli fikir formalaşdırar. Ona görə də yazmaq bizdən, yazdıqlarımızın nə qədər həqiqət olduğunu müəyyənləşdirmək sizdən...
 
Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?