Yeseninşünaslığa tohfə: “Yesenin ensiklopediyası”
Cəmiyyət
Oxunub: 1191
17 May 2021 | 16:19
Yeseninşünaslığa tohfə: “Yesenin ensiklopediyası”
Son 20-25 il ərzində həyata keçirdiyi bir neçə böyük layihələrlə (Полное собрание сочинений С.А. Есенина и Летопись жизни и творчества С.А. Есенина) dünya yeseninşünaslığına öz töhfəsini verən Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədə¬biyyatı İnstitutu və burada fəaliyyət göstərən Yeseninin həyat və yaradıcılığını öyrənən “Yesenin qrupu”nun iştirakı ilə daha bir layihə həyat keçirilməyə başladı – çoxcildli “Yesenin ensiklopediyası”nın 1-ci buraxılışı işıq üzü gördü. Bu kitab dahi rus şairi Serqey Yeseninin anadan olmasının 125 illiyi münasibətilə buraxılmış və şairin həyat və yaradıcılığı ilə bağlı xatirə yerlər, məkanlar və ədəbi toponimlərə həsr edilmişdir.
 
Yesenin səyahət etməyi çox sevirdi. Onun əsərlərindən az qala hər birinin öz taleyi, öz tarixçəsi olduğu, hər bir şeirin şairin həyatının bir epizodu olduğu məlumdur. Təsadüfi deyil ki, 1925-ci ilin oktyabrında yazdığı tərcümeyi-halında öz həyat tarixçəsini təsvir edən şair sonda deyir:
 
“Avtobioqrafik məlumatların qalanına gəlincə, onlar mənim şeirlərimdədir”.
 
Amma nə qədər səyahət etsə də, çoxlarının Avropaya, Amerikaya həmişəlik can atdığı bir zamanda, özünün dediyi kimi, İspaniyadan başqa bütün Avropanı və Amerikanı dolaşan şair oralarda çox yüksək səviyyəli həyat şəraiti, şan-şöhrət vəd edən müxtəlif təkliflərə baxmayaraq, onu maqnit kimi özünə çəkən vətəninə döndü. Şairin ən böyük məhəbbəti elə vətəninə olan sevgisi, təbiətə olan vurğunluğu idi.
 
Azərbaycan-rus ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı S.Turabov Yeseninin vətən sevgisi ilə dopdolu şeirləri haqqında yazır:
 
“Şairin ən böyük məhəbbəti – vətənə olan məhəbbətidir. Bu məhəbbəti şair elə təsirli, elə valehedici ifadə edib ki, Puşkinin özü belə, onun şeirlərinin altında öz imzasını qoyardı”.
 
Elə buna görə də dahi rus şairinin istər öz vətənində, istərsə də başqa ölkələrdə olduğu, gördüyü şəhərlər, kəndlər, yaşayış məntəqələri, dənizlər, çaylar, göllər və s. haqqında, şairin əsərlərinin poetikası ilə bağlı ədəbi toponimlər, eləcə də Yeseninin yaradıcılığında və bioqrafiyasında yer alan real çoğrafi toponimlər haqqında dolğun məlumatları özündə birləşdirən bir əsərin meydana gəlməsi bu böyük söz ustasının ədəbi-poetik irsinin qavranması və öyrənilməsi baxımından müasir yeseninşünaslığın qarşısında duran həddindən artıq vacib məsələlərdəndir.
 
Ensiklopediyanın bu buraxılışında məhz bu məsələlərlə bağlı ümumilikdə 442 toponim haqqında 357 məqalə ilə ərtaflı məlumat verilir. Bütövlükdə “Yesenin ensiklopediyası” layihəsi çərçivəsində 2500-dən çox məqalənin yazılacağını nəzərə alsaq, bu layihənin nə qədər əhəmiyyətli olduğunu əlavə sübut etməyə ehtiyac qalmır.
 
Bu layihə həm sadə poeziyasevərlər üçün, həm də Yeseninin ədəbi-poetik irsini öyrənən mütəxəssislər, tədqiqatçılar, yeseninşünaslar üçün böyük önəm daşıyır. Burada verilən hər məlumat böyük şairin həyatının bir məqamını, onunla bağlı hadisələri və bəzən də həyatının müəyyən bir dövrünü özündə əks etdirir, şairin həyatı ilə bağlı müxtəlif hadisələrin daha doğru, dolğun verilməsi və obyektiv anlaşılmasına kömək edir. Bu kitab vasitəsilə şairin öz vətənində və ondan kənar coğrafiyada bütün həyatını addım-addım izləmək mümkündür.
Bu kitab Azərbaycan yeseninsevərləri və yesenenşünasları üçün də böyük hədiyyədir. Məlumdur ki, Yesenin bir neçə dəfə Bakıda olmuş, burada yaşayıb-yaratmışdır, onun iştirakı ilə tədbirlər, görüşlər, poeziya gecələri keçirilmiş, Bakı mətbuatında onun şeirləri dərc olunmuş, yaradıcılığı ilə bağlı materiallar verilmişdi. Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mətbu orqan məhz Bakıda nəşr edilən “Bakinsiki raboçi” qəzetidir ki, 1924-25-ci illərdə bu qəzetdə onun 45 şeiri dərc edilmişdi.
 
Yeseninin həyat və yaradıcılığının Bakı dövrü onun yaradıcılığının ən məhsuldar və ən maraqlı dövrü olmaqla, şairin ümumi yaradıcılığında xüsusi yer tutur və ümumilikdə kifayət qədər zəngin olan Yesenin yaradıcılığı, şairin Bakı dövrü olmadan, bir qədər natamam görünərdi. Ümumiyyətlə, Yeseninin həyatının kənddə keçən illəri (əsasən, uşaqlıq və bir az da yeniyetməlik dövrü) şairin həyatında nə qədər dərin izlər buraxmışdırsa, Bakı dövrü də onun həm həyatında, həm də yaradıcılığında ən az elə o miqyasda iz buraxmışdır və bu mənada, bu dövr Yeseninin həyat və yaradıcılığının heç bir digər dövrü ilə müqayisəyə gəlmir.
 
Ensiklopediyanın bu buraxılışında dahi şairin, “hər bir şair gərək mütləq Bakıya getsin, onun ətrafları həddindən artıq şairanədir” dediyi, “mən and içməyə hazıram ki, Bakının işıqları ulduzlardan gözəldir” deyə vəsf etdiyi Bakı haqqında, burada olarkən ən gözəl əsərlərini yaratdığı, indi “Serqey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzi”nin və şairin evmuzeyinin yerləşdiyi gözəl Mərdəkan haqqında, şeirlərindən birində “Xəzər çətin gündə dost və arxadır” deyərək güvəndiyi və sevgisini qəlbində ölənəcən yaşadacağına söz verdiyi Xəzər dənizi və Balaxanı haqqında, yaradıcılığının şah əsərlərindən hesab olunan “Persidskie motivı” şeirlər silsiləsində vəsf etdiyi Şərq, Persiya, Bağdad, Bosfor, Şiraz, Xorasan, Tehran haqqında məlumat verilir.
 
Böyük məmnuniyyətlə onu da qeyd etmək istəyirik ki, tarixdə Yeseninin ilk poeziya bayramı məhz Azərbaycanda, 1972-ci il oktyabrın 4-də Rusiya Federasiyası mədəniyyət günləri çərçivəsində, Mərdəkanda keçirilmişdir. Onu da qeyd edək ki, Mərdəkandakı Yesenin muzeyi şairin doğma vətəni Rusiyadan kənarda fəaliyyətə başlayan ilk rəsmi muzeydir.
 
“Yesenin ensiklopediyası” üzərində M.Qorki adına Dünya Ədə-biyyatı İnstitutunda fəaliyyət göstərən “Yesenin qrupu” ilə birgə şairin doğulduğu Ryazan Vilayəti Konstantinovo kəndində yerləşən Serqey Yesenin Dövlət Muzey-Qoruğunun əməkdaşları da böyük həvəs və enerji ilə işləmişlər. Kİtabda verilmiş maraqlı illüstrasiyalar və məhz Muzeyin fondunda olan, amma geniş kütləyə məlum olmayan maraqlı şəkillərdən istifadə edilməsi kitabı daha da canlandırır və onun rahat və yorulmadan, bir bədii əsər kimi oxunmasını təmin edir. Kitab nəfis şəkildə hazırlanmış və poliqrafik baxımından da ən yüksək standartlara cavab verir.
 
Bütün dünyada, ucsuz-bucaqsız bir coğrafiyada Yesenin yaradıcılığı ilə məşğul olanlara, yeseninşünaslara, yeseninsevərlərə çox dəyərli, qiymətsiz bir hədiyyə olan bu əsər üzərində işləyən hər kəsə - kitabın elmi və məsul redaktoru, Yeseninin həyat və yaradıcılığının öyrənilməsində fövqəladə rolu olan “Yesenin qrupu”nun rəhbəri N. İ. Şubnikova-Qusevaya, qrupun elmi katibi, bu buraxılışın redaktoru, mənim səmimi dostum Maksim Skoroxodova, qrupun bütün üzvlərinə, redaksiya heyətinə, texniki işçilərə, Serqey Yesenin Dövlət Muzey-Qoruğunun bütün əməkdaşlarına, bir sözlə bu layihənin həyata keçirilməsi yolunda can yandıran bütün insanlara dərindən təşəkkür edirəm.
İsaxan İSAXANLI
Beynəlxalq Yesenin mükafatları laureatı
Oxşar xəbərlər
23:47, Bu gün
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23:45, Bu gün
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23:45, Bu gün
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23:44, Bu gün
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23:38, Bu gün
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23:29, Bu gün
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23:14, Bu gün
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23:12, Bu gün
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23:09, Bu gün
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23:03, Bu gün
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23:03, Bu gün
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23:02, Bu gün
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
22:58, Bu gün
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
22:51, Bu gün
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
22:50, Bu gün
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
22:48, Bu gün
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
22:47, Bu gün
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
22:45, Bu gün
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
22:38, Bu gün
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
22:31, Bu gün
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
22:27, Bu gün
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
22:18, Bu gün
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
22:10, Bu gün
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
21:59, Bu gün
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
21:49, Bu gün
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:29, Bu gün
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
21:25, Bu gün
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
21:22, Bu gün
Milyonçu səhvi ucbatından evsiz qaldı
21:17, Bu gün
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
21:15, Bu gün
Azərbaycanın U-17 millisi Belarusa uduzub
21:12, Bu gün
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
20:56, Bu gün
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
20:55, Bu gün
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
20:52, Bu gün
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
20:46, Bu gün
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
20:33, Bu gün
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:19, Bu gün
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
20:17, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
20:15, Bu gün
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
20:12, Bu gün
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
20:10, Bu gün
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
20:04, Bu gün
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
GÜNLÜK
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO