Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb
1257
02 May 2021 | 13:07

Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb

Mingəçevirdə minik maşını yanıb, sahibi yanıq xəsarətləri alıb.
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib.
 
Belə ki, usta öz avtomobilində təmir apararkən maşın qəfil alovlanıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib. Hadisə zamanı maşının sahibi olan və şəhərdə “Usta Vəli” kimi  tanınan yaşlı kişi bədənin və üzün müxtəlif nahiyələrindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Link kopyalandı!
Son xəbərlər