"Hacıqabul rayonunun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır"
Oxunub: 980
21 Apr 2021 | 19:36
"2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən ölkədə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu. Bu yolda ilk addım kimi bölgələrin malik olduğu potensial imkanlardan istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramını təsdiqlədi və 2004-cü ildən icrasına başlanıldı. Hər bir sənəd özündə hədəfləri və onların icra mexanizmlərini ehtiva edir. Son 17 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramının icrası və dördüncünün icrasının davam etdirilməsi bir daha bu reallığı ortaya qoyur ki, hər bir sənəd növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın tərkibi, əsasən, yerlərdən gələn təkliflər əsasında formalaşıb.
 
Möhtərəm Prezidentimiz daim bu məqamı xüsusi qeyd edir ki, mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla görüşlərim bu sahədə çox gözəl bir ünsiyyət forması yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz insanların təklifləri əsasında reallaşıb. Bu çağırış indi də öz aktuallığını saxlayır: Daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər reallaşsın. Bu məqsəd əsas götürülür ki, xalqın arzularına əsasən müəyyənləşdirilən vəzifələrin icra olunması Azərbaycanı daha da qüdrətləndirəcək, əhalinin sosial rifahı daha da yaxşılaşacaq. Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir sıra sosial obyektlərin açılışında iştirakı, həmçinin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir rayonun timsalında bölgələrimizin bu günü və gələcəyi ilə bağlı söylədiyi fikirlər bir daha bu reallığı təsdiqləyir ki, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.»
 
Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
V.Rəhimzadə qeyd edib ki, yeni sosial obyektlərin istifadəyə verilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir: «Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas yer tutur. Cənab İlham Əliyev ilk gündən bu tezisi irəli sürüb ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Həmçinin ölkə ictimaiyyətinin irəli sürülən təşəbbüsləri, atılan addımları dəstəkləməsi böyük ruh yüksəkliyi yaradır. Bu gün bölgələr arasında sağlam rəqabətin mövcudluğu rayonların inkişafına, onların simasının tamamilə dəyişməsinə, malik olduqları resurslardan səmərəli istifadəyə geniş imkanlar yaradır. Azərbaycan brendi kimi dünyaya səs salan ABAD mərkəzləri kiçik və orta sahibkarlığın inkişafına böyük dəstəkdir. Ailə təsərrüfatlarına asan dəstək funksiyasını uğurla yerinə yetirən ABAD mərkəzlərinin coğrafiyasının genişlənməsi də günümüzün reallıqları sırasındandır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən biri infrastruktur layihələrinin beynəlxalq standartlara uyğun yenilənməsidir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Hacıqabul rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərək bildirmişdir ki, təəssüratım çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələri görünür. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Rayonda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb. Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir. İçməli
 
su layihəsi hələ 2013-cü ildə icra edilib. Bir sözlə, biznes üçün şərait yaxşılaşıb. Dövlətimizin başçısı əminliklə bildirib ki, bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək.»
 
Baş redaktor bildirib ki, bölgələrin sosial-iqtisadi inkişafının prioritetliyi pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda belə dövlətimizin başçısının rayonlara səfərlərində özünün aydın ifadəsini tapır: «Cənab İlham Əliyev ölkə ictimaiyyəti ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. O da məlumdur ki, cənab İlham Əliyevin bölgələrə hər bir səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Pandemiya şəraitində, eyni zamanda, 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə ölkə ictimaiyyəti cənab İlham Əliyevin həmişə olduğu kimi, yenə də fəaliyyətinin əsas tərkib hissəsi olan rayonlara səfərlərinin şahidi oldu və hər bir səfər yeni sosial obyektlərin açılışı ilə yadda qaldı. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərimizə də mütəmadi səfərlərini gerçəkləşdirən cənab İlham Əliyev bildirir ki, məqsəd buraya qayıdan insanların yüksək həyat şəraitini təmin etmək, quruculuq və abadlıq işlərini daha müasir şəkildə həyata keçirərək, bu əraziləri cənnətməkana çevirməkdir.»
 
«Möhtərəm Prezidentimiz Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş torpaqlarımızda da kənd təsərrüfatının inkişafında əsas amillərdən olan aqroparkların yaradılması məsələsinə diqqət yönəltdi» söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda bu ərazilərdə minalardan təmizlənmə işləri ilə yanaşı, infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısı, həmçinin regionlarda yol infrastrukturunun yenilənməsi ilə əlaqədar həyata keçirilən tədbirlərə də toxunub: «Əsas məsələ yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara cavab verməsidir. Hacıqabul-Muğan avtomobil yolunun əvvəlki vəziyyəti ilə bugününü müqayisə edən əhali yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Son illərdə nəinki əsas, eləcə də kəndlərarası yollar yüksək səviyyədə tikilir, bərpa olunur. Bütün bu
 
tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır. Nəticədə bu gün beynəlxalq maliyyə və iqtisadi qurumların hesabatlarında Azərbaycanın müasir yol-nəqliyyat infrastrukturuna malik olması təqdir edilir.»
 
Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, artıq son illərdə regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir: «Prezident İlham Əliyevin Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləməsi də pambıqçılığın inkişafına diqqətin bariz nümunəsidir. O da məlumdur ki, cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonlar arasında ixtisaslaşmalar həyata keçirilərək, hər bir bölgə malik olduğu resurslara uyğun ənənəvi kənd təsərrüfatı sahəsinin inkişafına diqqət göstərir. Həmin sahələrin inkişafını daha da sürətləndirmək üçün müvafiq Dövlət proqramları təsdiqlənir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində pambıqçılıq sahəsində mühüm irəliləyişə nail olunub. Fermerlərə dövlət dəstəyi davamlılığı ilə diqqət çəkir.»
 
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, bu gün biz əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda sənayenin, kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsi, məhsuldarlığın yüksəldilməsi, insanların işlə təmin edilməsi fonunda digər regionların sürətli inkişafını aydın görürük: "Bu fikri böyük inamla qeyd edirik ki, hazırda nəinki paytaxt Bakı, eləcə də bölgələrimiz dünyanın diqqətindədir, onların malik olduqları potensial imkanlar əməkdaşlıq üçün əlverişli şərait yaradır."
Oxşar xəbərlər
12:29, Bu gün
İşğaldan azad edilmiş ərazidə ilk hərrac keçiriləcək
12:23, Bu gün
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
12:23, Bu gün
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
12:17, Bu gün
Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi-VİDEO
12:12, Bu gün
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO
12:10, Bu gün
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
12:09, Bu gün
Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO
12:07, Bu gün
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
12:04, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:41, Bu gün
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
11:38, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:33, Bu gün
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
11:14, Bu gün
"Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB verdi
11:12, Bu gün
Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib
11:10, Bu gün
Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
11:06, Bu gün
Ermənistan TŞ-nin katibi Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik forumunda iştirak etməyəcək
11:03, Bu gün
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
11:01, Bu gün
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
11:00, Bu gün
Kiçik küçənin ürək ağrıdan qlobal problemləri - ŞİKAYƏT + FOTOLAR
10:58, Bu gün
Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:55, Bu gün
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
10:55, Bu gün
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
10:43, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb
10:33, Bu gün
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
10:25, Bu gün
Güzgü tarixi 24.04.2024: Kimin həyatı kökündən dəyişəcək?
10:22, Bu gün
Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
10:13, Bu gün
Anası əlil müğənninin “Krokus” teraktında öldüyünü sübut edə bilmir
10:12, Bu gün
Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
10:11, Bu gün
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
10:10, Bu gün
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:08, Bu gün
Bu səhvlər bürclərin həyatını məhv edir
10:06, Bu gün
Bakıda gənc oğlanı avtobus vurdu
10:04, Bu gün
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
10:02, Bu gün
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
10:00, Bu gün
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
09:58, Bu gün
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO
09:53, Bu gün
ABŞ Ukraynaya 300 km-lik hədəfi vura bilən “ATACMS” raketlərini ötürsə...-“CNN”
09:48, Bu gün
Gözlər qızarır, barmaqlar keyiyir: Niyə hamı xəstəlikdən şikayət edir? - AÇIQLAMA + FOTO
09:36, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:29, Bu gün
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
09:24, Bu gün
Qaçırılan qızın atası: Qızımı oğurlayıblar - VİDEO
09:20, Bu gün
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
09:16, Bu gün
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:15, Bu gün
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
09:09, Bu gün
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
09:01, Bu gün
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
08:57, Bu gün
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
08:49, Bu gün
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
08:48, Bu gün
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
08:44, Bu gün
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
08:42, Bu gün
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
08:39, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
08:27, Bu gün
Kanada “Airbus”a Rusiya titanından istifadə etməyə icazə verib
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:20, Bu gün
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
08:18, Bu gün
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
08:17, Bu gün
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
08:11, Bu gün
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA
08:02, Bu gün
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
08:01, Bu gün
Argentina İranın nazirinin həbsini tələb edir
07:58, Bu gün
Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTO
07:56, Bu gün
Sumqayıtda gənc oğlan itkin düşüb
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
GÜNLÜK
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 15:00
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
23 Apr 2024 | 13:06
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
23 Apr 2024 | 14:36
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 13:20
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
23 Apr 2024 | 12:33
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
23 Apr 2024 | 12:36
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 15:00
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
23 Apr 2024 | 13:06
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
23 Apr 2024 | 14:36
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 13:20
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
23 Apr 2024 | 12:33
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
23 Apr 2024 | 12:36
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu