Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı onun ən böyük sirrini açdı...
Oxunub: 17149
19 Apr 2021 | 18:10
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı onun ən böyük sirrini açdı...
Biləndə ki, bu gün mərhum şair Tofiq Bayramın anım günüdür, onunla bağlı bir material hazırlamaq istəyi keçdi könlümüzdən. Düşündük ki, şairin bacısı Svetlana Bayramovaya ilə Tofiq Bayram haqqında söhbətləşmək gözəl olardı.
 
Svetlana xanıma zəng etdik.
 
Qardaşının məzarını ziyarət etməyə hazırlaşırmış!
 
İşdə qərara gəldik ki, mən də Svetlana xanımla birlikdə gedim, gördüklərimi və eşitdiklərimi qələmə alım.
 
Söhbətə maşından başladıq.
 
- Bildiyim qədərilə Tofiq bəyin övladı yoxdu indi. Düzdü?
 
- Tofiqin Zakir adında çox istedadlı, savadlı bir oğlu var idi. Moskva Mühəndislik və Fizika İnstitutunda “Nüvə fizikası” fakültəsində təhsil almışdı. Oranı bitirdikdən sonra öz ölkəmizdə Kosmik Tədqiqatlar İnstitutunda işlədi. Kəşfləri var idi, xüsusi portativ aparatlar icad eləmişdi. Bu yaxınlarda 48 yaşında rəhmətə getdi...
 
- Allah rəhmət eləsin! Tofiq bəy bir dəfə evlənib, amma çoxlu sevdaları, eşq macəraları olub. Elə siz özünüz də bu haqda danışmısınız. Türkiyəli müğənni Sevda Aydan ilə eşq yaşayıb və bir də əsas gizli məhəbbəti haqqında da üstüörtülü danışmısınız. Hətta həmin o gizli məhəbbətinin hələ də yaşadığını demişdiniz. Bəlkə kim olduğunu deyəsiniz?
 
- Həmin xanım hələ də yaşayır. Görkəmli alimdir, çox gözəl də xanımdı, amma adını deyə bilmərəm.
 
Əslində mənim üçün ən maraqlı olan suallardan birini belə erkən verməkdə yanlış etdiyimi, heç bir cavab ala bilməyəcəyimi anlayıram və bir az özümə əsəbiləşib cəhdimi davam etdirirəm.
 
- Sevgi qarşılıqlı idi?
 
- Xeyr. Çünki o vaxt Tofiq evli idi, iki uşağı vardı, həmin xanım isə nişanlı idi.
 
İçimdəki maraq daha da artır, bu mövzunun üstündən hələlik keçməli olduğumu düşünürəm, amma tələsməyin, yazını sona kimi oxuyun, yenə cəhd edəcəm, cavab almadan əl çəkən deyiləm.
 
- Yoldaşı Zərifə xanım da bu sevgiləri anlayışla qarşılayırdı...
 
- Bəli. Deyirdi, mən neyləyə bilərəm? Qadınlar Tofiqi çox sevir, mən buna mane ola bilmərəm. Çox anlayışlı qarşılayırdı. Hətta Tofiqə gələn sevgi məktublarını da yığıb saxlayırdı. 2019-cu ildə dünyasını dəyişdi, bütün ömrünü Tofiqə həsr etdi, onun qulluğunda durdu, etibarlı həyat yoldaşı oldu.
 
- Ailədə neçə övlad idiniz?
 
- 9 uşaq olmuşuq: 3 qardaş, 6 bacı. Ən böyüyümüz Tofiq idi. Təəssüf ki, qardaşlarımın hamısı, bacılarımın üçü dünyasını dəyişib. Tofiq haqqında tədbirlərdə bir qayda olaraq həmişə mən danışmışam, bu da onun öz arzusu idi. Mənə çox güvənirdi. Hansısa qəzetdə şeiri çap olunanda ilk mənə deyirdi, mən də tez gedib köşkdən alıb şeiri oxuyurdum. Əksər hallarda bəyənirdim və zəng eləyib fikirlərimi deyirdim. Bəyənmədiyim şeirləri də olurdu, onda zəng eləmirdim. Bir müddət keçirdi, bir də görürdüm, özü zəng eləyir. Deyirdi, deyəsən, camaat məni bəyənmir ha, noldu, niyə zəng eləmədin? Mən də fikirlərimi deyirdim. Bəzən razılaşırdı, bəzən yox, amma mənim rəyimi həmişə qiymətləndirirdi.
 
- Yazıçılar Birliyinə üzv olanda atanız dəvə kəsibmiş. Necə olub o hadisə?
 
- Bəli. 1958-ci il idi, Tofiq çox cavan idi. Füzulinin yubileyi keçirilirdi və Tofiqin “Füzuli” pyesi əsasında televiziya tamaşası hazırlanmışdı. O vaxtın görkəmli şəxsləri – Xalq şairi Süleyman Rüstəm, rejissor Şəmsi Bədəlbəyli yüksək fikirlər səsləndirmişdilər həmin pyes haqqında. Artıq Yazıçılar Birliyinə də üzv olmuşdu. O vaxt atam Tofiqə dedi ki, həmin dostlarını yığ gətir, onlara bir qonaqlıq verim. Tofiq də bunu Süleyman Rüstəmə deyir. O da bu təklifə deyir ki, Əmircana böyük məmnuniyyətlə gələrik, amma bir şərtimiz var, bizim üçün dəvə qutabı bişirsinlər. Tofiq tərəddüd içində qalır, bilmir nə desin, deyir, atamla danışaram. Gəlib Süleyman Rüstəmin bu istəyini atama deyir. Atam deyir, yaxşı eləyib istəyib, narahat olma, təşkil eləyərik. Atam eləmə tənbəllik, gedir Qobuya, orada bir çobandan dəvə alır, pulunu verir, evimizin ünvanını da verib deyir ki, bunu sabah gətir bizim qapıya. Çoban da dəvəni gətirir.
 
Bir də bazar günü səhər uşaqlar içəri qaçıb atama deyirlər ki, ay ata, bütün küçə doludur “Pobeda” maşınlarla. Atam çıxır həyətə, görür, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, televiziyadan tanıdığımız hər kəs - bütün məşhurlar gəlib. Anam narahat olur ki, bu qədər qonağa bəs edəcək qutabı necə hazırlayacağıq? Atam onun da həllini tapır. Sallaqxanada kəsdirdiyi dəvənin ətini qonşulara paylayır və xahiş edir ki, hamı qutab hazırlasın, həm özləri üçün, həm də qonaqlar üçün. Beləcə həmin məşhur dəvə qutabı qonaqlığını verirlər.
 
Söhbət edə-edə çatırıq Bakının Əmircan kəndinə.
 
- Bakının Əmircan kəndindənsiniz. Mənə maraqlıdır, Tofiq bəyin meyxanaya münasibəti necə idi? Meyxana demək bacarığı var idi?
 
- Yox. Sizə bir sirr açım. Bir dəfə Tofiqin meyxana ilə bağlı o dövrün böyük ədəbiyyatşünaslarından olan Əkrəm Cəfərlə çox ciddi mübahisəsi düşmüşdü. Səbəb isə Tofiqin meyxananı poeziya janrı saymamağı idi. Baxmayaraq ki, Bakıdan idi meyxananı sevmirdi və poeziya saymırdı. Əkrəm Cəfər isə meyxanaya çox yüksək qiymət verirdi. Tofiqin yaradıcılığında daha çox aşıq poeziyasının təsiri hiss olunurdu. Səməd Vurğunu sonsuz məhəbbətlə sevirdi.
 
- Ən yaxın dostları kim idi?
 
- Poeziyada Səməd Vurğunu nə qədər sevirdisə, rəssamlıqda da Səttar Bəhlulzadəni o qədər sevirdi, möhkəm də dost idilər. Maestro Niyazi kimi adam bizim evimizin daimi qonağı idi. Süleyman Rüstəmlə, aralarındakı yaş fərqinə baxmayaraq, dostluq eləyirdilər. Gənclik illərinin ən yaxşı dostu da Rəfiq Zəka idi. Dostları çox idi. O vaxt poeziyamızda ən yüksək qiymətləndirdiyi şair Əli Kərim idi. Çox yaxın dost idilər. Əli Kərim rəhmətə gedəndə Tofiq qırx gün onların evindən çıxmadı. Əli Kərimin ölümünə bir şeir də yazmışdı. Belə bir misrası vardı: “İnanmıram, ağlama”. Bunu sağlığında Əli Kərimin qədrini bilməyənlərə ünvanlamışdı.
 
Köhnə Əmircan qəbiristanlığına çatırıq. Maşın şairin məzarı önündə dayanır. Tofiq Bayramın məzarının yanında böyük qəbirüstü abidəsi olan daha bir məzar da diqqətimi çəkir, amma kim olduğunu seçə bilmirəm. Maşından düşmədən bir sual da verirəm ki, ziyarəti rahat edək.
 
- Nə əcəb Fəxri Xiyabanda dəfn edilməyib?
 
- Tofiq Bayram öləndə Dövlət Dəfn Komissiyası yaradılmışdı və bir nekroloq getmişdi. O nekroloqda belə bir qərar verilmişdi ki, Tofiq Bayram Fəxri Xiyabanda dəfn edilsin, cənazəsi də Rəşid Behbudov adına Mahnı Teatrından götürülsün. Həmin gecə Nazirlər Sovetindən bizə, anamın yanına gəldilər və dəfn mərasiminin necə planlaşdırıldığını dedilər. Anam etiraz elədi. Dedi, mənim oğlum aktyor, ya müğənni deyil ki, cənazəsi səhnəyə qoyulsun, öz kəndimizdə, öz adətlərimizlə dəfn edəcəyik. Həm də Tofiqin özünün vəsiyyəti vardı ki, onu Əmircanda, Səttar Bəhlulzadənin yanında dəfn edək.
 
İndi Tofiq Bayramın məzarının yanındakı məzarın, heykəlin kimə aid olduğu mənə bəlli olur. Maşından düşürük. Əslində həmişə qəbiristanlığa gedəndə bir az içimdə narahatlıq yaranır, amma niyəsə indi belə deyildi. Qarşımda iki məzar, iki qəbirüstü abidə - bir şair və bir rəssam dayanmışdı. Məzarların arxasındakı adını bilmədiyim göl və ağaclar buranı daha maraqlı göstərirdi. Yazın gəlişi qəbiristanlıqda da hiss olunurdu. Yaşıllaşmış ağaclar, cücərən otlar və günəşli hava...
 
Svetlana xanım ilk olaraq Səttar Bəhlulzadənin qəbrinə gül qoyur. Bu məzarın restavrasiyandan da danışır. Deyir, Səttar Bəhlulzadənin dəfnində Tofiq Bayramın böyük zəhməti olub.
 
Svetlana xanım rəssamın qəbirüstü abidəsinin qarşısında dayanıbabidə-kompleksdə yer alan boş çərçivədən baxır və deyir:
 
- Elə bil arxadakı gölü, ağacları, səmanı elə indicə Səttar Bəhlulzadənin özü çəkib!
 
Mən də çərçivənin içindən baxıram və Svetlana xanımın haqlı olduğunu görürəm. Doğrudan da bu mənzərəni rəssam özü çəkib elə bil.
 
Sonra Svetlana xanım Tofiq Bayramın məzarı üstünə gül qoyur. Nə bir ağı deyir, nə də ağlayır və bu, niyəsə mənim çox xoşuma gəlir.
 
Məzarı üstündə şairin bir şeiri yazılıb:
 
Kaş ki öləcəyim günü biləydim,
Biləydim nə zaman son nəfəsimdir.
Demirəm dünyaya birdə gələydim,
Bir dəfə gəlmişəm, elə bəsimdir.
 
Ürəklə yazmışam neçə nəğməni,
Biri yadda qalan, biri itəndir.
Demərəm, ey Vətən, bağışla məni,
Torpağın altı da mənə Vətəndir.
 
Svetlana xanım bu bəndləri təkrarlayıb deyir:
 
- Mən sevinirəm ki, qardaşım torpağın altını da özünə vətən bilib. Hamı bunu dərk etməz.
 
Tofiq Bayramın valideynlərinin, həyat yoldaşı Zərifə xanımın və oğlu Zakir bəyin məzarlarını da ziyarət edirik.
 
Qəbiristanlığa nəzarət edənlər Svetlana xanımı tanıyır, onunla salamlaşırlar, hal-əhval tuturlar. Qayıdıb maşına minən kimi gülməli bir əhvalat danışır:
 
- Bir dəfə xəstələndim. Uzun müddət bura ziyarətə gələ bilmədim. Bir meddət sonra gələndə qəbiristanlığa nəzarət edənlər, buranın işçiləri mənə dedilər ki, neçə vaxtdır harada idiniz, sizin üçün darıxmışdıq? Mən xeyli güldüm, dedim, artıq qəbiristanlıqda mənim üçün də darıxırlar.
 
Bu qara yumora ikimiz də gülürük və belə məzəli bir ab-havanın yaranmasından istifadə edib bayaqdan ağlımın bir küncündə ilişib qalmış gizli məhəbbət mövzusuna qayıtmaq istəyirəm:
 
- O dediyiniz gizli eşqi var idi e Tofiq bəyin. Həmin xanımın Tofiq bəyin məzarını ziyarət etdiyini gördünüz heç?
 
- Mən görməmişəm, amma bu eşqlə bağlı başqa bir tarixçəni danışım.
 
Aha! Deyəsən, alındı! Svetlana xanım danışmağa başlayır:
 
- Təxminən on il qabaq hüzür yerində idim. Bir yaşlı xanım yaxınlaşdı mənə. Yaşına baxmayaraq, son dərəcə gözəl idi. Hətta, o yaşında belə ona vurula bilərdilər. Dedi, məndə bir əmanət var, onu sizə çatdırmalıyam. Dedi, o əmanəti uzun illər saxlayıb və gəlin köçəndə yoldaşı xəbər tutmasın deyə anasına verib. Təəccübləndim.
 
- Həmin o görkəmli alim olduğunu dediyiniz xanım idi?
 
- Bəli. Mən onu onsuz da tanıyırdım. Mənə nömrəsini verdi. Gəldim evə, zəng elədim. Dedi, əmanəti tapa bilmirəm. Bir kafedradan o birinə köçəndə əmanət it-bata düşüb. Soruşdum, nə idi? Dedi, Tofiq Bayramın ona həsr etdiyi şeir... Bu hadisənin üstündən bir neçə il keçdi. Həmin xanım mənə zəng elədi ki, əmanəti tapıb. Məni evinə dəvət elədi, getdim. Çox gözəl süfrə açmışdı. Xeyli söhbət elədik və həmin əmanəti, ona həsr olunmuş şeiri mənə verdi.
 
- Hansı şeir idi?
 
- “Ay gecikən məhəbbətim”.
 
- Doğrudan?! – təəccübümü saxlaya bilmədim
 
- Bəli! Həmin şeirin ilkin variantı, əlyazması idi. 2015-ci ildə Tofiq Bayramın şeirlər kitabını dərc edəndə “Ay gecikən məhəbbətim” şeirini iki variantda verdim.
 
 
 
Əlimdə olan kitabı tez-tez vərəqləyib həmin şeiri axtarıram. Svetlana xanım isə söhbətinə davam edir:
 
- Amma niyəsə o xanım məndən küsdü.
 
- Niyə?
 
- Bilmirəm. Dedi, bizim aramızda olan sirr idi.
 
Svetlana xanım bunu deyəndə bir az günahını gizlədirmiş kimi görünür gözümə və şeiri axtarmağa davam edib tapıram.
 
“Ay gecikən məhəbbətim” şeirinin birinci variantında şairin qeydi də yer alıb:
 
“Sadəliyində ülvi gözəllik, gözəlliyində ucalığı ölçüyə gəlməyən məna duyduğum, gələcəkdə yazacağım ən gözəl nəğmədən daha incə, daha zərif şeiriyyət olan Tamilla xanıma ithaf edirəm!”
 
Beləliklə, Tofiq Bayramın gizli məhəbbətinin adını da öyrənmiş oldum.
 
Svetlana xanım faş olan sirrə görə sıxılır və özünə haqq qazandırmağa çalışır. Əmircanda Tofiq Bayramın adını daşıyan parkı ziyarət edəndə də bayaqkı söhbəti unutmamışdı:
 
- Axı mən neyləyim?! Kağızda Tofiq belə yazmışdı!(Kulis.az)
Oxşar xəbərlər
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 14:24
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 14:24
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat