Bədəninin 70 faizi yanan aktyor: “Güzgüdə özümü görəndə dəhşətə gəldim”
Cəmiyyət
Oxunub: 3770
17 Apr 2021 | 15:38
Bədəninin 70 faizi yanan aktyor: “Güzgüdə özümü görəndə dəhşətə gəldim”
“Yaxınlarım yanıma gülərək gəlib, ağlayaraq çıxırdılar”
 
O, ikinci həyatını yaşayır. Bir neçə həftə bundan öncə yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən aktyor Cavid Telman hazırda özünü yaxşı hiss edir. Hətta çəkilişlərdə belə iştirak edir.
 
Bədəninin 70 faizi yanan  aktyor Moderator.az-a açıqlamasında vəziyyətinin günü-gündən yaxşlığa doğru getdiyini vurğulayaraq  ona ünvanladığımız sualları cavablandırdı. 
 
-Nədənsə elə düşünürük ki, mediada, filmlərdə izlədiyimiz hadisələr yalnız başqalarının başına gələ bilər.  
 
-Elədir, biz də gündəlik olaraq medianı izləyir, gündəmdə ətrafımızdakı insanların başlarına gələn hadisələri eşidirik. Yaşadıqlarımdan sonra anladım ki, insan həyatından sığortalanmayıb və sabaha etibar yoxdur. Sən demə “bugünün işini sabaha qoymazlar” məsəli yerində deyilibmiş. Hər saniyənin öz hökmü var. Yaşadıqlarımdan sonra bir çox şeyi dərk etməyə başladım.
 
-Ən çox nəyin fərqinə vardınız? 
 
-Çevrəmdə kifyət qədər məni sevən, qayğıma qalan insanların olduğunu gördüm. Reanimasiyada olduqda, xəstəxanadan çıxdıqdan sonra belə tanımadığım insanlar mənimlə əlaqə saxlayırdılar. Ailəm, qohumlarım yanımda oldular, məni tək qoymadılar. Yaşadıqlarımdan sonra həyatı, insanları daha çox sevirəm. Hamı ilə mehriban davranır, kiminsə qəlbini qırmaq istəmirəm. 
 
-Deyirlər ki, reanimasiyada olan zaman insan o biri dünya ilə bu dünya arasında var gəl edir. O mərhələni necə xatırlayırsınız?
 
-Həmin mərhələni çox yarımçıq xatırlayıram. Ancaq bildiyim odur ki, gözlərimi açanda yaxınlarım yanıma gülərək gəlib, ağlayaraq çıxırdılar. Mən onlara təsəlli verirdim ki, narahat olmayın, yaxşıyam. Halbuki vəziyyətim çox ağır idi. Reanimasiyada olan ilk 3 günü dua edirdim ki, yaşanan hadisədə ailə üzvlərimdən heç kimə heç nə olmayıb. Mən birtəhər o ağrıya dözərəm.  
İnsan iki dünya arasında qalanda  düşünür ki, görəsən bu zamana qədər kiminsə xətrinə dəyib, könül sındırıbmı, bilməyərəkdən kiməsə pislik edibmi? Ən çox da həmin vaxtda ailən haqqında düşünürsən.
 
-Bəzən deyirlər “Ölüm qaşla göz arasındadır”. Yaşadıqlarımız  bir növ  buna sübutdur.  
 
- Bu doğru fikirdir. Bugündən sabaha etibar yoxdur. İndi hər dəqiqəmin qədrini daha yaxşı bilirəm. Kimnənsə görüşməliyəmsə onu sabaha saxlamıram. Hadisə yaşadığım gün səhər 06:10-da yuxudan oyanıb, 06:15-də baş verdi. Yəni deməyim odur ki, bütün proseslər o 5 dəqiqə ərzində baş verdi.  
 
- İnsan yaxşı və pis günündə dostlarını, yaxınlarını daha yaxşı tanıyır. Bu məqamda siz necə, gözlədiyiniz insanlardan o dəstəyi görə bildinizmi?
 
-Bilməzdim ki, məni bu qədər çox istəyirlər. Gözlədiyim insanlar yanımda idi, mənə görə narahat idilər. Tək onlardan deyil, gözləmədiyim insalardan çox diqqət gördüm.  Mənim üçün narahat olub, göz yaşı tökənlər, maraqlananlar çox oldu. Mən o diqqəti gözlədiyimdən də artığının şahidi oldum. 
 
-Aktyorların çörəyi daha çox simasından, üzündən çıxır. Bədəninizin 70 faizi yandığı halda yenidən səhnəyə, çəkiliş prosesinə qayıtmaq çətin olmadı ki?
 
-Doğurdan da bizim çörəyimiz  simamızdan çıxır, aktyor üçün sima əsasdır. Qorxurdum ki, üzüm yanacaq və əvvəlki həyatıma davam edə bilməyəcəm. Şükürlər olsun ki, üzüm tam yanmayıb, yavaş-yavaş sağalır. Bədənimin 70 faizi yanmışdı. 3-cü dərəcəli yanıq hesab edilirdi. Düzdür, indi tam sağalmamışam, yanan yerlərin izi qalıb. Allah Kərimdir. 
Açığı desəm üzümün yanmasından çox qorxurdum. Gözlərimi açanda hiss etdim ki, simamda nəsə dəyişiklik var. Çünki gözlərimin yığıldığını, sifətimin şişdiyini hiss edirdim. Həkimlərdən güzgü istədikdə isə imtina edirdilər, bir müddət mənə güzgü vermədilər. İnad etdim və güzgüdə özümə baxdım. Əksimi gördükdə isə dəhşətə gəldim. Təsəvvür edin ki, qulaqlarım belə yanmışdı.  Düşündüm ki, yenidən əvvəlki vəziyyətə qayıda bilməyəcəm. Həkimlərimiz sağ olsun, mənə kömək edir, deyirdilər ki, üzüm çox da dərin yanmayıb. Bununla da təsəlli tapırdım. 
 
-Bəs hadisə necə baş vermişdi? 
 
-Hadisə səhər saatlarında qaz sızmasından baş vermişdi. Belə ki, səhər oyanıb, vanna otağına keçib suyu açanda partlayış oldu. Təbii ki, bu diqqətsizlikdən qaynaqlanır. Bundan sonra daha diqqətli olmağa çalışacam. Yaşadığımız mühitdə hər şeyə diqqət etməli və sağlamlığımızın qayğısına qalmalıyıq. Ani narahatlıq yarada biləcək nəsə baş verdikdə  mütləq şəkildə həmin vaxt əlində vacib işimiz olsa belə o narahatlığı həll etməliyik ki, belə hadisələrlə rastlaşmayaq. Mən bu partlayışdan sağ çıxmaya da bilərdim. Kiçik məsuliyyətsizlik həyatımız bahasına başa gəlir. Bu zarafat deyil.  Məsuliyytəsizlik bizi ölümə gətirib çıxara bilər.
 
-Hazırda işinizi davam etdirirsinizmi?
 
-Əlbəttə, qaldığım yerdən davam edirəm. Belə ki, ARB televiziyasında yayımlanan “Baldız” serialı ilə davam edirəm. Müalicə olunduqdan sonra dedilər sağalmısansa işinin başına dönməlisən. Fürsətdən istifadə edib, “Baldız” serialının kollektivinə təşəkkür edirəm. Başda əməkdar artist Dilarə Əliyeva olmaqla onların hər birinə minnətdaram. Burada mənə aşırı dərəcədə diqqət və qayğı, sevgi göstərilir. Dilarə xanım çəkiliş prosesində rahatlığım üçün hər bir şərait yaradıb. Xəsətxanadan çıxdıqdan 3 həftə sonra kollektivlə görüşmək üçün onlara baş çəkdim. Yaradıcı heyət çəkilişi saxlayıb, məni qarşıladılar, sanki çəkiliş prosesinə əziz biri gəlmişdi. Onlar da mənə görə çox narahat olmuşdular. Hazırda çəkilişlər davam edir və qayğıma qalırlar. Sözün əsil mənasında nazımla oynayırlar.
- Bunu sizin ikinci həyatınız hesab etmək olarmı? 
 
-Artıq ikinci həyatımı yaşayıram. Hərdən dostlarım, deyir ki, “nəyi pisdir ki, sənin iki ad günün var- Fevralın 22-i, bir də Martın 31-i”. Mən ikinci dəfə dünyaya gəldim.
 
- Keçmiş olsun, həmişə işinizin başında.  
 
-Təşəkkür edirəm. Son olaraq sizin vasitənizlə media nümayəndələrinin hər birinə buradan dərin təşəkürümü bildirirəm. Mənimlə maraqlananlar, başıma gələnləri işıqlandıranlar, diqqətdə saxlayan media nümayəndələrinin hər birinə minnətdaram. Eyni zamanda uzun müddətdir ki, çalışdığım Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə təşəkkürümü bildirirəm. O, bütün proseslərdə yanımda oldu. Teatrın rəhbərliyinin timsalında  bütün yaradıcı kollektivə təşəkkür edirəm. Bundan başqa xalq artistlərimiz, xüsusən də Afaq Bəşirıqızı mənimlə maraqlandı, “Ata ocağı” serialının kollektivinə, Xəzər  televiziyasına, Rüfət Şahbazova, ARB televiziyasına, “Baldız” serialının kollektivinə hər birinə, əgər kimisə unutdumsa üzürlü hesab etsinlər. Yaşadıqlarımdan sonra gördüm ki, insanlar mənə görə narahatdır. Hər birinə minnətdarlığımı bildirirəm. Yaxşı ki, onlar var. 
 
Xəyalə Rəis
Oxşar xəbərlər
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
GÜNLÜK
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR