“QMİ icazəsiz  yas mərasimləri keçirən din xadimlərini müvafiq şəkildə cəzalandırır” 
Cəmiyyət
2773
17 Apr 2021 | 11:28

“QMİ icazəsiz  yas mərasimləri keçirən din xadimlərini müvafiq şəkildə cəzalandırır” 

“Təəssüf ki, “COVİD-19”-a yoluxma sayının artmasına səbəb olan yerlərdən  biri də məhz kütləvi yas mərasimləridir...”
 
Son aylarda  pandemiya ilə bağlı karantin qaydalarına zidd olaraq  toylarla yanaşı, yas mərasimləri də keçirilməsi halları artıb. Belə hallar barədə  adətən hüquq-mühafizə orqanları məlumat verir və qaydaları pozanlara qarşı müvafiq cəza tədbirləri görülür.
Bəs görəsən, qapalı məkanlarda kütləvi yas mərasimlərini idarə edən din xadimləri, imamlar, mollalar aşkar edildikdə onlara qarşı bilavasitə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hansısa cəza tədbirləri görülürmü?
 
Mövzu ilə bağlı Moderator.az-a  QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin  açıqlama verib.
 
“Bəli, Qafqaz Müsəlmanları İdarəsi birmənalı olaraq din xadimlərinə tapşırıb ki, qapalı məkanlarda çoxsaylı insanın iştirakıyla yas mərasimlərinin keçirilməsi qadağandır. Təəssüf ki, “COVİD-19”-a yoluxma sayının artmasına səbəb olan yerlərdən  biri də məhz kütləvi yas mərasimləridir. Və belə mərasimlərdə din xadimlərinin iştirakı müəyyən olunanda, təbii ki, QMİ tərəfindən də onlara qarşı müvafiq tənbeh və cəza tədbirləri görülür. Odur ki, bir daha hazırkı pandemiya vəziyyətini nəzərə alıb həm bütün vətəndaşlara, həm də din xadimlərinə kütləvi yas mərasimlərinin keçirilməsindən çəkinmələri tövsiyə olunur” –deyə QMİ-nin səlahiyyətli nümayəndəsi bildirib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər