Əli Məsimli Şəkinin Böyük Dəhnə kəndində seçiciləri ilə görüşüb - FOTO
1735
09 Apr 2021 | 13:14

Əli Məsimli Şəkinin Böyük Dəhnə kəndində seçiciləri ilə görüşüb - FOTO

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli, Şəki rayonuna səfəri çərçivəsində rayonun Böyük Dəhnə kəndində olmuş, seçiciləri ilə görüş keçirmişdir.
 
Əli Məsimli görüşdən öncə kənddəki şəhidlər xiyabanında I və II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin məzarlarını ziyarət etmişdir.
 
Daha sonra açıq hava şəraitində kənd caamatının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşün təşkili zamanı “COVİD-19” pandemiyasına qarşı profilaktik tədbirlərə - sosial məsafənin gözlənilməsi və digər sanitar-gigeyenik qaydalara riayət edilməsinə ciddi diqqət yetirilmişdir.
 
Əli Məsimli çıxışında parlamentdəki fəaliyyəti barədə seçicilərinə ətraflı məlumat vermiş, onlardan gələn hər bir təklif üzrə araşdırmaların aparılmasına və onların həlli yollarını özündə əks etdirən əsaslandırmaların hazırlanmasına, daha çox vətəndaşın qanunyaradıcılığı prosesinə cəlb olunmasına maraqlı olduğunu bildirmişdir.
 
Müxtəlif sosial qurupları təmsil edən şəxslərin iştirak etdiyi görüşdə qazilərin müalicə olunması, işlə təmin edilmə, əlillik dərəcələrinin təyin edilməsi prosesində meydana çıxan problemlər, fermerlərə verilən subsidiyalar üzrə ödəmələrin gecikdirilməsi, kənd infrasturukturunun yenilənməsi – artezian quyularının qazılması, elektirik təchizatının yaxşılaşdırılması və s. kimi fərdi və ictimai xarakterli problemlər, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərlə bağlı müraciətlər edilmişdir.
 
Görüşdə iştirak edən hər bir şəxsin problemi diqqətlə dinlənilmiş, bəziləri yerində həll edilmiş, digərlərinin həllinə nail olmaq məqsədilə mərkəzi və yerli icra sturukturlarına rəsmi müraciətlərin edilməsinə dair qərarlar verilmişdir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər