Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan "Best of Aygün 40" albomunda müğənni Yaşar Yusub da yer alıb.
Moderator.az xəbər verir ki, sənətçi layihədə Kazımovanın məşhur "Bir gecəlik" hitini yeni interpretasiyada səsləndirib.
Yaşar Yusub ifasını Azər Cəfərin rejissorluğu ilə süni intellekt texnologiyaları əsasında ekranlaşdırıb. Müğənninin ifa etdiyi mahnının aranjemanı Vüsal Həsənova, mix-masterinqi isə "Toufan Records"a həvalə olunub.
Qeyd edək ki, mahnının musiqisi Əməkdar artist Gövhər Həsənzadəyə, sözləri isə Leyli Erola (İsrafilova) aiddir.