Universitetin dayanacağında tələbələrin ultra lüks AVTOMOBİLLƏRİ - VİDEO
401
11:35, Bu gün

Universitetin dayanacağında tələbələrin ultra lüks AVTOMOBİLLƏRİ - VİDEO

İstanbulda özəl universitetlərdən birinin qarşısında lentə alınan görüntülər sosial mediada geniş rezonans doğurub.

Universitetin dayanacağında park edilmiş ultra lüks avtomobillər diqqət çəkib. Paylaşılan kadrlarda dəyəri milyonlarla ölçülən bir sıra bahalı maşınların eyni ərazidə cəmləşdiyi aydın görünür.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib. İstifadəçilər bu cür avtomobillərin tələbələrə məxsus olub-olmaması ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəziləri bunu zənginlik göstəricisi kimi dəyərləndirsə də, digərləri isə belə mənzərələrin təəccüb doğurduğunu qeyd ediblər.

Qeyd edək ki, sözügedən görüntülər qısa zamanda minlərlə baxış toplayaraq gündəmin əsas mövzularından birinə çevrilib. /milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər