Qarabağda həyat qaynayır: Azad edilən torpaqlardan əsrarəngiz görüntülər - VİDEO
250
08:30, Bu gün

Qarabağda həyat qaynayır: Azad edilən torpaqlardan əsrarəngiz görüntülər - VİDEO

Qışın uzun sükutundan sonra Ağdərəyə yaz gəlib. Yazın gəlişi ilə isə təbiət oyanır deyirlər. Buludların arasında bir gizlənib, bir görünən günəş isə qayıdışın isti nəfəsini hiss etdirir.
 
Moderator.az xəbər verir ki, AzTV əməkdaşları Həsənriz kəndində bir yaz gününə şahidlik ediblər.
 
Uzun fasilədən sonra doğma yurdlarına qayıdan sakinlər burada həm məskunlaşıb, həm də təsərrüfatlarını quraraq yeni həyata başlayıblar.
 
Torpağın oyanışı ilə kənddə gündəlik həyat öz axarına düşüb. Həm insanların zəhməti, həm də torpağa bağlılıq bu yerlərə yeni nəfəs gətirib.
 
Artıq Həsənriz kəndində 273 ailədən ibarət 1 080 nəfər yaşayır.
 
Ümidlər təzə, arzular diri, sabaha inam isə daha güclüdür. Rəna xalanın bişirdiyi hər təndir çörəyi burada yenidən qurulan həyatın, dirçəlişin və gələcəyə uzanan yolun ruzisinə çevrilir.
Link kopyalandı!
Son xəbərlər