Zəngin təbiəti, qədim tarixi ilə seçilən kəndin sakini:
348
08:11, Bu gün

Zəngin təbiəti, qədim tarixi ilə seçilən kəndin sakini: "100 min də versələr, Bakıda yaşamaram" - VİDEO

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Tovuz rayonunun Əsrik Cırdaxan kəndinə səfər edilib.
 
Əsrik Cırdaxan kəndi Azərbaycanın qərb bölgəsində, Tovuz rayonu ərazisində dağətəyi zonaya yaxın yerləşən yaşayış məntəqələrindən biridir. Kənd həm zəngin təbiəti, həm də qədim tarixi ilə seçilir. Burada 7-10-cu əsrlərə aid alban məbədinin mövcudluğu kəndin tarixi əhəmiyyətini daha da artırır.
 
Veriliş çərçivəsində kənd sakinləri ilə həmsöhbət olunub, kənddəki həyat şəraiti, insanların doğma yurda bağlılığı və gənclərin gələcəyi ilə bağlı fikirləri dinlənilib.
 
Kənd sakinlərindən biri yaşadığı yeri belə təsvir edib:
 
"Ən gözəl və səfalı yer məhz buradır. Bizim bu bölgənin insanları çox qonaqpərvərdirlər. Buradakı yaşayışdan daha yaxşısı yoxdur. Mənə 100 min versələr də, Bakıda yaşamaram".
 
Başqa bir kənd sakini isə gənclərlə bağlı narahatlığını dilə gətirib:
 
"Cavanların 90 faizi yoxdur. Kənddə gənclərin bir qisminin təhsil və iş imkanları ilə bağlı çətinlikləri var, bu da onların gələcək planlarına təsir göstərir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər