Bizi sosial şəbəkələrdən izləyin:
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Moderator.az xəbər verir ki, verilişdə tarixçi İlqar Niftəliyev ermənilərin Osmanlıya qarşı xainlik etməsi və böyük dövlətlərin gizli erməni planlarından danışıb.
Onun sözlərinə görə, Osmanlıya qarşı üsyan, Rusiyaya ümid bəsləmək erməni siyasətinin təhlükəli oyunu idi:
"Osmanlıda qurula bilməyən dövlət Cənubi Qafqazda yaradıldı. Böyük dövlətlərin ermənilərə vədləri ilə bölgədə kiçik xalqların faciəsi, unudulmayan humanitar fəlakət başlayıb, 10 mindən çox insan qətlə yetirilib, 50 min insan qaçqın düşüb. Türk qoşunlarının Şuşaya girişi ilə qırğınlar dayandırılıb".
Tarixçi bildirib ki, o dövrdə Ermənistan hökuməti "Andranik bizə tabe deyil" bəhanəsi ilə məsuliyyətdən yayınırdı.
İ. Niftəliyev Ermənistan paytaxtının niyə Gümrü yox, İrəvanın olması, Ermənistan dövlətinin 28 may mifləri və 30 may reallığı, eləcə də Andranikin Ermənistan hökumətini tanımaması ilə bağlı məsələlərə aydınlıq gətirib.