Prezident təqaüdçüsü olan bacılar Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
300
08:16, Bu gün

Prezident təqaüdçüsü olan bacılar Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO

Onlar bir vaxtlar universitetə böyük arzularla gəlmişdilər. Bu gün isə həmin arzuların növbəti mərhələsini gerçəkləşdirirlər. Məktəbdə, universitetdə birgə təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları indi Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olublar. Bu addım isə onların hekayəsində son yox, yeni uğurların başlanğıcıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə İTV-nin videomaterialında bildirilib.
 
Nəzrin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dördüncü kurs tələbəsidir. O, magistr təhsilini Oksford Universitetində davam etdirəcək.
 
"Hüquq tələbəsi olmaq eyni zamanda çox gözəl hissdir və təbii ki, çox məsuliyyətlidir. Mənim Hüquq fakültəsinə girməyimin ən böyük səbəbi ədalətə böyük inancım idi. Hüquq və maliyyə proqramına qəbul oldum. Çünki marağım beynəlxalq iqtisadi hüquqadır".
 
Nəzrin deyir ki, Oksforda gedən yolun planını hələ 3-cü kursdan qurmağa başlayıb. Rəqabətin yüksək olduğunu bilsə də, məqsədindən geri çəkilməyib.
 
Həmidə Sadıqova isə Kembric Universitetinin Siyasət və Beynəlxalq Araşdırmalar proqramına qəbul olub. Birinci sinifdən birgə addımlayan bacıların yolları ilk dəfə ayrılacaq. Onlar fərqli şəhərlərdə, fərqli ixtisaslar üzrə yeni bir yola başlayacaqlar.
 
Qeyd edək ki, bacılar tələbə olduqları ilk gündən Prezident təqaüdçüləridir və bu statusu uğurla qoruyub saxlayıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər