Bizi sosial şəbəkələrdən izləyin:
Burda təbiət öz gözəlliyi ilə göz oxşayır. Laçın şəhərinin başından bəyaz buludlar, ayağından Həkəri keçir. Bəzən öz məcrasında sakit axan, bəzən coşub çağlayan Həkəri çayı… Bu gün onun sahilləri uşaqlı-böyüklü laçınlıların ən sevimli istirahət məkanıdır. Bu növrağı görüncə yadımıza bir dua qədər hikmətli misra düşür: “Gözün aydın, ay Laçın, gözün aydın, Həkəri!”
Moderator.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə hazırlanmış videoçarx Laçının yeni növrağını əks etdirir. Layihə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.