Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp İranla ikihəftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ-nin tam və qəti qələbə qazandığını bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurası da ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Bundan sonra İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesablarında atəşkəsin hansı şərtlərlə əldə olunduğunu bildirib. D.Tramp da A.Əraqçlnln yaydığı bəyanatı "Truth Social" hesabında paylaşıb.
İran XİN başçısının paylaşımı ilə Ali Milli Təhlükəsizlik Şurasının bəyanatı arasında fərq var. Ona görə də Tramp İranın qələbə bəyanatına qəzəblənib. Belə bir vəziyyətdə çaşqınlıq yaranır. Hansı tərəf qalibdir?
Düzdür, müharibədə adətən hər bir tərəf əldə etdiyini qələbə kimi təqdim edir, çünki əks halda, bu, xalqda ruh düşkünlüyü yarada bilər. Eyni zamanda, bu, ölkə daxilində müxalif qüvvələrə qarşı ənənəvi davranışdır.
Məsələyə İran tərəfindən baxanda sual yaranır: ABŞ ilə müharibədə nə oldu ki, razılıq əldə edildi? İran mübarizəni davam etdirə bilmədi, yoxsa ABŞ-ni hansısa məsələdə razı sala bildi?