Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - VİDEO
213
08:14, Bu gün

Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - VİDEO

Səkkiz ay əvvəl akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya olunan 67 yaşlı qadının digər ayağında qanqren yaranıb.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, pasiyentin yaxınları iddia edirlər ki, onlar yenidən həmin müəssisəyə müraciət etsələr də, həkim Ruslan Əliyev xəstəni qəbul etməyıb, ağır vəziyyətdə olan pasiyent beş saat təcili tibbi yardım maşınında gözləməli olub.
 
Elmi Cərrahiyyə Mərkəzinin dəhlizində bununla bağlı görüntülər də çəkilib. Videogörüntü sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.
 
Məlum olub ki, 67 yaşlı Fatimə Hacıyevanın ayaq barmaqları təxminən səkkiz ay əvvəl həkim Ruslan Əliyev tərəfindən amputasiya edilib. Hazırda isə xəstənin digər ayağında qanqren yarandığı iddia olunur.
 
Yaxınlarının sözlərinə görə, vəziyyəti kritik həddə çatan Fatimə Hacıyevanın təcili əməliyyat olunması Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ləngidilir. O da iddia olunur ki, əməliyyatı həyata keçirən həkim sonrakı mərhələlərdə də xəstəni qəbul etməkdən yayınıb.
 
Fatimə Hacıyevanın qızı Fidan Rəhimova iddia edir ki, məsələ ilə bağlı mərkəzin baş həkimi Nazim Hacıyevə dəfələrlə müraciət etsələr də, xəstənin müalicəsi istiqamətində effektiv tədbirlər görülməyib.
 
Nazim Hacıyev iddialara belə aydınlıq gətirib: "Yaşlı qadındır, onun ayağında quru qanqren əmələ gəlib. Orada artıq bərpaedici əməliyyat eləmək mümkün deyil. Amma ola bilər, biz onun damarını açdıraq ki, ayağını tam itirməsin".
 
Nazim Hacıyev pasiyentə mərkəzdə etinasız yanaşılması iddiasını qəbul etmədiyini bildirib. Baş həkim pasiyentin hazırda xəstəxanada müayinəsinin davam etdiyini deyib və əlavə edib ki, müayinələr tam başa çatdıqdan sonra pasiyentlə bağlı qərar veriləcək.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər