“Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqlara hücum çəkir” - VİDEO - YENİLƏNİB
868
15:00, Bu gün

“Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqlara hücum çəkir” - VİDEO - YENİLƏNİB

Sumqayıtda əlində bıçaq olan yaşlı kişinin binanın həyətində uşaqlara hücum etdiyi deyilir. 
 
Moderator.az xəbər verir ki, bu barədə şəhər sakini Qadir Ağakişiyev məlumat yayıb.
 
Sumqayıt şəhərinin 41-ci məhəllə adlanan hissəsində çəkilmiş videonu paylaşan şikayətçi Ş.Qəmbərov soyadlı şəxsin tez-tez bu əməllərə yol verdiyini bildirib: “2024-ci ildə həyətdə qonşunun azyaşlı uşağına bıçaqla xəsarətlər yetirmişdi, hətta bu məsələni jurnalistlər çəkiliş etdilər. Lakin sonra bu adam sərbəst buraxıldı. Həmin şəxs tək yaşayır. Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqlara hücum çəkir. Evini əxlaqsızlıq yuvasına çevirir, narkomanlar hər gün evindədir”.
 
Məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini vurğulayın vətəndaşın sözlərinə görə, bu səbəbdən uşaqlarını həyətə belə buraxa bilmirlər.
 
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
 
***
 
Daxil olan məlumatla bağlı Sumqayıt şəhərində 88 yaşlı şəxs müəyyən olunub. Onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. /qafqazinfo/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər