Bakının adı çoxlarına məlum olmayan qəsəbəsindən REPORTAJ - VİDEO
301
08:42, Bu gün

Bakının adı çoxlarına məlum olmayan qəsəbəsindən REPORTAJ - VİDEO

Baku TV-nin əməkdaşları Bakının daha bir köhnə qəsəbəsi UPD-dən reportaj hazırlayıblar. Bu qəsəbənin adı bir az fərqlidir və bəlkə də çoxlarına məlum deyil ki, UPD nə deməkdir.
 
Ərazidə yaşayan sakinlər qəsəbə haqqında öz xatirələrini bölüşüblər: "Mən anadan olandan burada yaşayıram. 70 yaşım var. Burada mənim nənəm və ulu nənəm də yaşayıb. Çox sakit və rahat yerdir. Əvvəl burada yaxşı balaca qəsəbə var idi, ərazi boş idi. Sonra müxtəlif ərazilərdən gəldilər. Çoxlu evlər tikdilər. Hərəkət etmək olmur".
 
Bakının köhnə məhəllələrində diqqət çəkən həm də köhnə tikililərdir. Yəqin ki, yeni evlər və binalar tikildikcə, belə tikililərin də ömrü az qalıb.
 
Bəs UPD nə deməkdir?
 
"Əvvəl burada qatar yolu var idi, qatarlar neft daşıyırdı. Ona görə bura "təmir yolları idarəsi" adlanırdı. Sonra dəmir yolu relslərini yığışdırdılar", - deyə sakinlərdən biri bildirib.

 

Link kopyalandı!
Son xəbərlər