Bizi sosial şəbəkələrdən izləyin:
Naxçıvanda Aprel döyüşləri şəhidi mayor Rasim Məmmədovun anım tədbiri keçirilib. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Aprelin 5-də isə doğulduğu qəsəbədə dəfn olunub.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Şəhidin qardaşı Aslan Məmmədov qardaşını bu sözlərlə yad edib: "Əvvəllər Rasim məktəbdə oxuyan vaxtı həmişə həkim olmaq istəyirdi. Sadəcə 1992-ci ildə atam yaralanandan sonra o dedi ki, yox, mən hərbçi olacağam, atamın qisasını alacağam. 1992-ci ildən sonra hamımızın həyatı dəyişdi və Rasim hərbçi oldu. O, həmişə vətənpərvər biri olub, onun vətənpərvərliyi bu gün bizim ailəmizin gənclərinə də sirayət edib".