Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində hərəkətin təşkilində yaranan problemlərə diqqət çəkilib.
Bildirilib ki, hərəkətin yenidən təşkili bəzi istiqamətlərdə yolu qısaltsa da, "Qələbə" yarımdairəsi tərəfdən gələn nəqliyyat vasitələri üçün sıxlıq yaradır.
Əsas səbəb isə məlumatverici nişanların son anda görünməsi və sürücülərin vaxtında düzgün zolağı seçə bilməməsidir. Qeyd olunub ki, sol zolağın yalnız sola icazə verməsi, sağa dönənlərin isə yalnız bir zolaqla hərəkət etməsi, üstəlik, piyadalar üçün yaşıl işığın yanması hərəkəti daha da çətinləşdirir.
Həmçinin ərazidə yaşayanların Tbilisi prospektinə şəhər mərkəzi istiqamətində çıxışı optimal təşkil edilmədiyindən yollara əlavə yük düşdüyü vurğulanıb. Bildirilib ki, zolaqların daha düzgün bölünməsi və nişanların əvvəlcədən yerləşdirilməsi problemi aradan qaldıra bilər.