Avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
235
09:40, Bu gün

Avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub.
 
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Moderator.az-a verilən məlumata görə, Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
O, idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.
 
Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər