Bizi sosial şəbəkələrdən izləyin:
Qubada hər il Novruz bayramından 13 gün sonra "Səməniatdı" mərasimi keçirilir. Yerli sakinlər, əsasən, bayram günlərində yetişdirdikləri səməniləri Qudyalçaya atırlar. Bu adət-ənənə uzun illərdir Qubada yaşadılır.
Sakinlər bu qədim adətlə bağlı fikirlərini Baku TV ilə bölüşərək bildiriblər:
"Gözümüzü açandan ata-babamızdan belə görmüşük. Biz də onların davamçılarıyıq."
Digər bir sakin isə bu ayinin həm mənəvi tərəfini, həm də əhəmiyyətini bu sözlərlə ifadə edib:
"Hər kəs ürəyində bir arzu-niyyət tutur və səmənini çaya atır. Əlbəttə, səmənini natəmiz yerlərə atmaqdansa, gətirib axar suya, çaya atmaq daha məqsədəuyğundur".