Bizi sosial şəbəkələrdən izləyin:
Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpıldığı və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1989-cu il təvəllüdlü Xəqani Xaliqəddin oğlu Quliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.