Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümumilikdə 1 717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub. Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.