Bizi sosial şəbəkələrdən izləyin:
Yaxın Şərqdəki müharibə artıq bir aydan çoxdur ki, davam edir. ABŞ-İsrail tandeminin reallaşdırdığı bu əməliyyatın məqsədi İrandakı rejimi dəyişmək idi. Hətta bunun üçün plan da hazırlanmışdı.
Analitiklərin sözlərinə görə, Mossad (İsrail) və Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) geniş hava zərbələri ilə İraqdan İranın dərinliklərinə daxil olacaq kürd qüvvələrinin yerüstü hücumunu nəzərdə tuturdu. Buna görə də birinci mərhələdə rejimin güc dayaqlarının zəiflədilməsi əməliyyatı başlandı.
Bu barədə Baku TV-nin materialında deyilir.
Politoloq Aytən Qurbanova məsələni belə şərh edib:
"Düşünürəm ki, burada ciddi faktorlar var. Çünki kürd məsələsi, ümumiyyətlə, Yaxın Şərqdə dırnaqarası ‘Kürdüstan" dövlətinin yaradılması ilə bağlı olan ssenarilər uzun müddətdir müzakirə olunur. Dörd əsas dövlətin - İran, İraq, Suriya və Türkiyənin ərazilərini əhatə edən, tarixdən gəldiyi iddia edilən dırnaqarası ‘Kürdüstan" dövlətinin yaradılması ilə bağlı qlobal güclərin müəyyən layihələri var".