Üç ayda doqquz medal qazanan şagird:
323
08:08, Bu gün

Üç ayda doqquz medal qazanan şagird: "Qarşıma məqsəd qoymuşam ki, ABŞ-də qalib gəlim" - VİDEO

10 yaşlı qızcığaz həmyaşıdlarına örnək ola biləcək uğura imza atıb. O, kiçik yaşlarından çətinliklə üzləşsə də, böyük əzmi və zəhməti sayəsində qəhrəmana çevrilib.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, söhbət Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Ümmügülsüm Ruhullayevadan gedir.
 
O, üç ay ərzində müxtəlif olimpiada və intellektual yarışlarda iştirak edərək doqquz medal qazanıb. Ümmügülsüm beynəlxalq "MathXcel" riyaziyyat olimpiadasında qızıl medal qazanaraq ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.
 
"Birinci sinifdə anam mənə həmişə riyaziyyat kitabları alırdı. Riyaziyyat kitablarını işlədikcə bu sahəyə marağım daha da artdı. Bu il mən doqquz olimpiadada iştirak etdim. Onlardan beşindən qızıl, ikisindən gümüş, ikisindən isə bürünc medal qazandım. Ən çətini Kopernik Riyaziyyat Olimpiadası olmuşdu, amma mən öhdəsindən gələrək medal qazana bildim. Mənim məqsədim həkim olmaqdır. Qarşıma məqsəd qoymuşam ki, ABŞ-yə gedim və oradan qızıl medal qazanım", - Ümmügülsüm Ruhullayeva deyib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər