İran NPT-dən çıxır? - VİDEO
199
15:46, Bu gün

İran NPT-dən çıxır? - VİDEO

"İranla ABŞ-İsrail koalisiyası arasında müharibə uzandıqca, ağır zərbələrə və ciddi itkilərə məruz qalan Tehran bilavasitə hərbi müqavimət göstərməklə yanaşı, özünü qorumaq üçün əlavə təsir və təzyiq rıçaqlarını da işə salmağa çalışır. Bunlardan birincisi Hörmüz boğazının bağlanması olub ki, hələlik özünün qlobal iqtisadi təsirləri baxımından İran hakimiyyətinin hədəflərinə uyğun nəticələr verməkdədir. Lakin ABŞ və İsrail qüvvələrinin İran ərazisinə hücumlarının daha şiddətli xarakter aldığı son günlərdə rəsmi Tehran qarşı tərəfə və bütövlükdə beynəlxalq birliyə daha bir təzyiq alətini işə salmaq məsələsini gündəmə gətirib".
 
Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
 
"Söhbət İranın Nüvə Silahının Yayılmaması Müqaviləsindən (ingilis abreviaturu ilə NPT-dən) çıxması barədə müzakirələrdən gedir. Belə ki, iki gün öncə SEPAH-a bağlı "Tasnim" informasiya agentliyi bu məsələnin ciddi şəkildə İran siyasətinin gündəliyinə daxil olduğunu vurğulayaraq yazıb: "İranın bir sıra müvafiq qurumları, o cümlədən parlament ölkənin təcili şəkildə NPT-dən çıxmasını nəzərdən keçirir. Bildirildiyinə görə, İranda tam əminlik hasil olub ki, NPT-də qalmaq üçün heç bir əsas yoxdur".
 
Dünən isə İran parlamentinin məşhur deputatlarından biri, Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasına müsahibəsində bildirib ki, İranın NPT-dən çıxmasının vaxtı çatıb. "İranın NPT-də qalmasının artıq mənası yoxdur. Biz atom bombası yaratmaq niyyətində deyilik. Amma ola bilməz ki, həm oyun qaydalarına riayət edək, həm də bombardmana məruz qalaq", - deyə o əlavə edib", - materialda vurğulanıb.
 
Daha ətraflı videosüjetdə:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər