Daşkəsəndə damı uçan binanı su basır - VİDEO
181
14:42, Bu gün

Daşkəsəndə damı uçan binanı su basır - VİDEO

Ötən ay Daşkəsən rayonunda əsən güclü külək bir sıra ciddi fəsadlar törədib.
 
Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində rayonun Daşkəsən qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli yaşayış binasının dam örtüyü uçub, lakin hələ də təmir edilməyib.
 
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət səbəbindən bina getdikcə yararsız hala düşür.
 
"Evdə hər tərəfə vanna qoymaqdan bezmişik. Yağış yağan kimi evin içi su olur. Harasa gedib qayıdanda görürsən ki, evi su basıb", - deyə sakinlərdən biri bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər