Rasim Balayev dəfn edildi - FOTO/VİDEO
736
14:19, Bu gün

Rasim Balayev dəfn edildi - FOTO/VİDEO

Xalq artisti Rasim Balayev dəfn edilib.
 
Moderator.az xəbər verir ki,  mərhum aktyor I Fəxri xiyabanda torpağa tapşırılıb.
 
13:38
 
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimi başa çatıb.
 
Moderator.az xəbər verir ki, vida mərasimində baş nazir Əli Əsədov, fövqəladə hallar naziri Kəmallədin Heydərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq şairi Ramiz Rövşən, Xalq artisti Fəxrəddin Manafov, bir çox mədəniyyət xadimləri, mərhumun dostları və ailə üzvləri iştirak ediblər.
 
Rasim Balayevin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılır.
 
11: 14
 
İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində sənətkarın ailə üzvləri, sənət dostları və sevənləri iştirak edir.
 
O, I Fəxri xiyabanda dəfn olunacaq.
 
Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyən Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər