Rasim Balayev fransızlar üçün bu mahnını oxumuşdu - VİDEO
265
10:50, Bu gün

Rasim Balayev fransızlar üçün bu mahnını oxumuşdu - VİDEO

Mərhum Xalq artisti Rasim Balayevin 1993-cü ildə Fransada keçirilən Nant kino festivalından görüntüləri yayılıb. Aktyor festivaldan sonra təşkil olunan ziyafətdə qonaqların qarşısında Azərbaycan mahnısı oxuyub. Hər kəs, xüsusən də xarici millətin nümayəndələri mırhum sənətçini xüsusi diqqətlə dinləyiblər.
 
1993-cü ildə Nant festivalı yalnız kino tədbiri kimi deyil, həm də mədəni diplomatiya aləti kimi çıxış edirdi. Burada nümayiş olunan filmlər vasitəsilə müxtəlif xalqların sosial reallıqları, mədəni kimlikləri və siyasi mübarizələri Avropa ictimaiyyətinə çatdırılırdı.
 
Qeyd edək ki, Xalq artisti Rasim Balayev ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Onun nəşi gecə Azərbaycana gətirilib və bu gün Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər