18:33
12°C
Bakı
Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən ibadət zamanı insident baş verib.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.
Hadisədən sonra İrəvan polisi kilsənin həyətində bir nəfəri saxlayıb.