Masazırda avtomobillər yandı - VİDEO
253
10:36, Bu gün

Masazırda avtomobillər yandı - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində avtomobildə yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Masazırın Ə.Vahid küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış "BMW" markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.
 
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
 

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər