Ağsuda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
373
08:40, Bu gün

Ağsuda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO

Ağsu rayonunda xüsusi amansızlıqla törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. Rayon sakini, 1983-cü il təvəllüdlü Zahirə Şükürova öldürülərək meyiti yol kənarına atılıb.
 
Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, hadisənin tamah məqsədilə törədildiyi ehtimal olunur.
 
Mərhumun yaxınlarının iddiasına görə, qətl hadisəsi Z.Şükürovanın bacısının yoldaşı və onun dostu tərəfindən törədilib.
 
Mərhumun ailə üzvləri bildiriblər ki, Zahirə Şükürova övladlarını tək böyüdürdü və ev tikmək üçün pul yığırdı. İddialara görə, bacısının yoldaşı əvvəllər də qadını hədələyərək ondan pul tələb edib. Hadisə günü evdəki pulun götürülməsi üstündə mübahisə yarandığı, nəticədə qadının işgəncə verilərək öldürüldüyü bildirilir. Yaxınları qeyd edir ki, Z.Şükürova boğularaq qətlə yetirilib, çənəsi sındırılıb və meyiti Muradlı kəndi yaxınlığındakı otlaq sahəsinə atılıb.
 
Aparılan araşdırmalar nəticəsində martın 22-də Ağsu sakinləri - 1977-ci il təvəllüdlü Əyyub Səhabov və həmyaşıdı Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Z.Şükürovanı qəsdən öldürdükləri müəyyən edilib. Onların meyiti Muradlı kəndi ərazisindəki otlaq sahəsinə aparıb atdıqlarına dair əsaslı şübhələr müəyyən edilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər