İran dronlarına qarşı min dollarlıq Ukrayna texnologiyası - VİDEO
336
08:15, Bu gün

İran dronlarına qarşı min dollarlıq Ukrayna texnologiyası - VİDEO

Ukraynadakı "SkyFall" fabrikində plastik dronlar 3D printerlərdə yığılır, daha sonra texniki vasitələrlə təchiz edilir. "Şahed" dronlarına qarşı bu aparatlardan istifadə edilir.
 
Baku TV-nin məlumatına görə, effektiv olan bu dron tutanların qiyməti 1 000 dollar civarındadır. İran tərəfindən dizayn edilən "Şahed-136" dronlarının hər birinin qiyməti isə 50 000-100 000 dollar arasındadır. Həmin dronları vurmaq üçün onlardan dəfələrlə baha olan raketlərdən istifadə edilirdi. Müqayisə üçün deyək ki, ABŞ-nin məşhur "Patriot" Hava Hücumundan Müdafiə sistemində istifadə edilən "PAC-3" raketlərinin hər biri dörd milyon dollara başa gəlir. İndi isə 50 min dollarlıq "Şahed"i 1 000 dollara vurmaq mümkün olub.
 
Ukraynanın əldə etdiyi bu böyük inkişaf artıq bütün dünyada maraq yaradıb. Hətta şirkət Ukraynanın ehtiyaclarından əlavə ayda 50 000-ə qədər drontutanlar istehsal etməyi və onların da 5 000-dən 10 000-nə qədərini ixrac etməyi nəzərdə tutur.
 
Xüsusən də Ukraynadan başqa hazırda Yaxın Şərq ölkələrinin xüsusi təyinatlı obyektəri İran dronlarının, "Şahed"lərin hücumuna məruz qalır. "Biz Yaxın Şərqdəki tərəfdaşlarımızdan və digər ölkələrdən bununla bağlı sorğular almışıq. Bunların konkret hansı ölkələr olduğu, təşəbbüslər və ya layihələr barədə ətraflı məlumat verə bilmərəm. Məhsulumuz Ukrayna ordusu üçün, digər ölkələr üçün də dünyanın ən ucuz dronlarıdır. İxrac üçün olsa belə, qiymət yenə də ən ucuz olacaq, çünki dünyada bundan daha ucuz drontutan yoxdur", - "SkyFall" dron şirkətinin nümayəndəsi deyib.

 

Link kopyalandı!
Son xəbərlər