Bizi sosial şəbəkələrdən izləyin:
Livanın cənub ərazilərində İsrail hərbçilərinə qarşı raket zərbələri endirən silahlı "Hizbullah" qruplaşmasının bir qismi zərərsizləşdirilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) bəyan edib.
Hərbi qurumun mətbuat mərkəzinin yaydığı bəyanatda qeyd olunur ki, çərşənbə axşamı İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənub istiqamətində əməliyyat həyata keçirən hərbçilərə atəş açan "Hizbullah" terror dəstəsini müəyyən edərək zərərsizləşdirib.
Rəsmi idarə əlavə edib ki, İsrail ordusunun şəxsi heyəti arasında hər hansı itki qeydə alınmayıb. /oxu.az/