Bizi sosial şəbəkələrdən izləyin:
İraqın qərb hissəsində yerləşən Ənbar əyalətindəki hərbi bazalara təşkil edilən hücumlar nəticəsində minimum yeddi hərbçi həyatını itirib, 13 nəfər isə xəsarət alıb.
İraq Müdafiə Nazirliyi xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə briqadaları fəaliyyətlərini davam etdirirlər.
Qurumun rəsmi bəyanatında bildirilir: "Müdafiə Nazirliyinə tabe olan Əl-Həbbaniyyə Hərbi Hospitalı və Əl-Həbbaniyyə İstehsalat İdarəsinə əvvəlcə hava zərbələri endirilib, daha sonra isə obyektlər artilleriya atəşinə məruz qalıb. Bu hücum nəticəsində xidməti vəzifələrini icra edən yeddi hərbçimiz şəhid olub, 13 nəfər isə yaralanıb".
Nazirlik həmçinin əlavə edib ki, bu hücumlara qarşı hüquqi müstəvidə lazımi addımları atmaq imkanları var.
Digər tərəfdən, yerli KİV məlumat yayıb ki, həlak olanlar içərisində İraq ordusunun qərargahının tibb bölməsinin rəhbəri və Əl-Həbbaniyyədəki hərbi bazada qərarlaşan "Haşd əş-Şəəbi" qruplaşmasının altı üzvü imiş. Qeyd edilib ki, onlar çərşənbə günü səhər saatlarında naməlum qırıcılar tərəfindən ordu mövqelərinə hava endirilən zərbələri nəticəsində öldürülüblər. /oxu.az/