Dubayda diqqətçəkən DƏYİŞİKLİK: Hindlilər Dubayı
266
10:28, Bu gün

Dubayda diqqətçəkən DƏYİŞİKLİK: Hindlilər Dubayı "işğal etdi" - VİDEO

Müharibənin təsirləri davam etdiyi bir vaxtda, iddialara görə, Dubay şəhərində demoqrafik vəziyyət sürətlə dəyişir.
 
Moderator.az xəbər verir ki, məlumatlara əsasən, varlı təbəqənin bir hissəsinin şəhəri tərk etməsi fonunda əhali strukturu yenilənməyə başlayıb. Xüsusilə hindistanlıların sayında ciddi artım müşahidə olunduğu və onların bir çox sahədə daha fəal rol almağa başladığı bildirilir.
 
Qeyd olunur ki, yeni gələnlərin ticarət, xidmət və texnologiya sektorlarında aktivliyi diqqət çəkir. Bu dəyişiklik şəhərin sosial və iqtisadi mühitinə də təsir göstərməkdədir.
 
Sosial şəbəkələrdə yayılan bu iddialar geniş müzakirələrə səbəb olub. İstifadəçilər şəhərin əvvəlki və indiki vəziyyətini müqayisə edərək müxtəlif fikirlər səsləndirirlər.
 
Qlobal hadisələrin iri şəhərlərin demoqrafik quruluşuna təsiri bir daha gündəmə gəlib. /milli.az/

Link kopyalandı!
Son xəbərlər