Moskvada yaşayış binasında GÜCLÜ YANĞIN: Ölənlər və yaralananlar var - FOTO/VİDEO
659
11:49, Bu gün

Moskvada yaşayış binasında GÜCLÜ YANĞIN: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Moskvanın mərkəzində baş verən yanğın nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən agentliyə verilən xəbərə görə, yanğın söndürülüb. Yanğın Nikoloyamskaya küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri beşi uşaq olmaqla 19 nəfəri xilas edib. Yanğınsöndürmə işlərinə 86 nəfər işçi heyət və 23 texnika cəlb olunub.

/oxu.az/

Link kopyalandı!
Son xəbərlər