İran növbəti dəfə Ben Qurion hava limanını vurdu - VİDEO
138
15:15, Bu gün

İran növbəti dəfə Ben Qurion hava limanını vurdu - VİDEO

İran ordusunun pilotsuz təyyarələri İsrailin hərbi infrastrukturuna, Ben Qurion hava limanındakı yanacaq çənlərinə aviazərbələr endirib.
 
Bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına istinadən xəbər yayıb. Bildirilib ki, hücumlar İran xalqına təhdid aradan qaldırılana qədər davam edəcək.
 
Açıqlamada qeyd olunub ki, Ben Qurion hava limanı - yanacaqdolduran təyyarələri və yanacaq çənlərinin yerləşdiyi yerlə yanaşı, İsrail ordusunun xüsusi bölmələrinin və hava qüvvələrinin obyektlərinin qərargahıdır. Sözügedən ərazidə qırıcı təyyarələrin aviasiya sənayesi, təmir və texniki xidmət mərkəzləri yerləşir. /oxu.az/

 

Link kopyalandı!
Son xəbərlər