Yol polisi BBAK-da maarifləndirici görüş keçirdi - VİDEO
167
12:24, Bu gün

Yol polisi BBAK-da maarifləndirici görüş keçirdi - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin olunması məqsədilə daşıyıcılar və sərnişinlərlə maarifləndirici görüş keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə üzərlərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib. Xüsusilə səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, sürücülərin tibbi müayinədən keçməsi, eləcə də iş və istirahət rejiminə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda avtobusla səfərə hazırlaşan sərnişinlərə hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək davranışlardan çəkinmək, qayda pozuntularına biganə qalmamaq və belə hallarla rastlaşdıqda aidiyyəti üzrə məlumat vermək tövsiyə olunub.

Link kopyalandı!
Son xəbərlər