Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - VİDEO
268
08:30, Bu gün

Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - VİDEO

Bir xalqın tarixini onun adət-ənənələri və bayramları müəyyən edir. Bütün türk xalqlarının ənənəsində yer alan Novruz bayramı ortaq dəyərlərimizi əks etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
 
Elmi araşdırmalar Novruzun qədim tarixə malik olduğunu və islamdan əvvəlki dövrlərə, Zərdüşt peyğəmbərin zamanına aid edildiyini göstərir.
 
Orta əsr tarixçisi Əl-Məkrizinin "Əl-Xitat" əsərində qeyd olunur ki, bu bayram Abbasilər dövründə yaz bayramı kimi geniş yayılıb.
 
Həmin dövrdə insanlar xəlifəni təbrik edir, hədiyyələr təqdim edir və müxtəlif bayram mərasimləri keçirilirdi.
 
Novruzun türklərə aidliyini göstərən əsas mənbələrdən biri "Ərgənəkon" dastanıdır ki, bu da yenilənmə və azadlıq rəmzi hesab olunur.
 
Bu gün Novruz Mərkəzi Asiyadan Balkanlara qədər bütün türk xalqları tərəfindən qeyd olunur və Azərbaycanda da zəngin ənənələrlə yaşadılır.
Link kopyalandı!
Son xəbərlər