Ləzgilərin özünəməxsus Novruz adətləri - VİDEO
795
08:12, Bu gün

Ləzgilərin özünəməxsus Novruz adətləri - VİDEO

Ləzgilər Novruz bayramını Yaran Suvar adlandırırlar və onlar da keçmişdən gələn adət-ənənəni bu gün də yaşadırlar. Bayramı böyük coşqu və sevinc hissi ilə qeyd edirlər.
 
"Ləzgi xalqının özünəməxsus yeməkləri var. Mütləq süfrələrdə tskan, suxari, ləzgilərin özünəməxsus paxlavaları olmalıdır", - deyə sakin Baku TV-yə bildirib.
 
Digər bir sakin isə Novruz süfrələrinin bəzəyi olan boyanmış yumurtaların mənasından bəhs edib:
 
"Novruz süfrələrində daim görə biləcəyimiz boyanmış yumurtaların, əslində, bir mənası var. Qədim zamanlarda yumurtaları 300-400 ədədə qədər qaynardar və paylayardılar. Bunun mənası bolluq, bərəkət rəmzi hesab olunur".

 

Link kopyalandı!
Son xəbərlər