Azərbaycan bir daha öz gücünü hər kəsə göstərdi - VİDEO
251
08:27, Bu gün

Azərbaycan bir daha öz gücünü hər kəsə göstərdi - VİDEO

"Azərbaycan istənilən növ zorakılığa cavab vermək imkanına malikdir və bunun üçün bütün lazımi resursları da var".
 
Bu sözləri Yaxın Şərqdəki mövcud vəziyyəti Baku TV-yə şərh edən gürcü politoloqlar bildiriblər. Ekspertlər bölgəmizdə planlaşdırılan terror hücumunun qarşısının Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yüksək peşəkarlıqla alındığını, bununla da Azərbaycanın bir daha öz gücünü və qüdrətini hər kəsə göstərmiş olduğunu diqqətə çatdırıb.
 
Politoloq David Çxelidze isə İrandakı mövcud vəziyyət səbəbindən ortaya çıxan iqtisadi zərurətlərdən də danışıb. Siyasi şərhçi Baku TV-yə müsahibəsində Avropanın Azərbaycan resurslarından asılı vəziyyətə düşəcəyini vurğulayıb:
 
"Yaxın Şərqdəki münaqişə davam etdikcə sülhdən daha da uzaqlaşırıq. Bu fonda bölgəmizdə də olduqca önəmli hadisələr yaşanmaqdadır. Belə ki, İlham Əliyev yeganə lider oldu ki, İran səfirliyinə gedərək onların dini liderinin ölümü ilə bağlı şəxsən başsağlığı verdi. Bundan sonra Azərbaycan ərazisinə təşkil olunan hava hücumları isə gözlənilməz oldu. Lakin bu səfər də Azərbaycan layiqli cavab verərək vəziyyətin sabitləşməsini ən qısa zamanda təmin etdi".
 
Politoloqlar, həmçinin İranda davam edən münaqişənin qısa müddətdə başa çatmayacağı qənaətindədirlər. Sülhün təmin olunması üçün tərəflərin güzəştlərə getməsinin vacibliyini və bunun üçün isə vaxt tələb olunduğunu vurğulayıblar.
Link kopyalandı!
Son xəbərlər