İran müharibəsi: Pekin üçün risk, yoxsa fürsət? - VİDEO
348
08:14, Bu gün

İran müharibəsi: Pekin üçün risk, yoxsa fürsət? - VİDEO

Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı başlatdığı müharibə Yaxın Şərqin sərhədlərini aşaraq qlobal güclər balansını yenidən formalaşdırır. Bu qarşıdurma təkcə region üçün deyil, dünyanın ən böyük enerji idxalçısı olan Çin üçün də ciddi sınaqdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
 
Pekin bir tərəfdən enerji təhlükəsizliyi və iqtisadi sabitlik riskləri ilə üz-üzədir, digər tərəfdən isə bu böhranı strateji fürsətə çevirmək imkanlarını diqqətlə hesablayır.
 
Sual isə budur: Çin üçün müharibə daha çox təhlükədir, yoxsa gizli qazanc mənbəyi?
 
Pekinin ilk və ən böyük problemi enerji zərbəsidir. Aydın məsələdir ki, müharibənin birbaşa təsiri əsasən enerji sahəsində hiss olunur. Çin gündəlik milyonlarla barel nefti məhz Yaxın Şərqdən, xüsusilə də İrandan alırdı. İndi isə İranın neft ixracı faktiki olaraq dayanıb. Hörmüz boğazı risk altındadır. Neftin qiyməti 100 dollar ətrafında sabitləşir. Bütün bunlar isə Çin iqtisadiyyatı üçün ciddi təzyiq deməkdir.
Link kopyalandı!
Son xəbərlər