Yaxın Şərqdə yeni radikal qruplaşma kimlərə qarşıdır? - VİDEO
307
08:02, Bu gün

Yaxın Şərqdə yeni radikal qruplaşma kimlərə qarşıdır? - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Yaxın Şərqdəki geosiyasi dəyişikliklər, yeni radikal qruplaşmalar və regional təhlükəsizlik məsələləri diqqətə çatdırılıb.
 
Bildirilib ki, ABŞ-İsrail-İran qarşıdurmasının intensivləşdiyi bir vaxtda Suriyanın şərqində və İraq sərhədləri boyunca yeni bir təhlükəli silahlı qruplaşma meydana çıxıb. Bu qruplaşma özünü "Əcnad Beyt əl-Məqdis" adlandırır və ilk silahlı əməliyyatını Suriyanın şimal-şərqindəki Əş-Şəddadi hərbi bazasına qarşı həyata keçirib. Qruplaşma "Cund əl-Əqsa" adlı hərbi bölmənin əməliyyat məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb.
 
"Əcnad Beyt əl-Məqdis" adını seçərkən Qüds və onun müqəddəs məkanları ilə əlaqələndirilən "Beyt əl-Məqdis" terminini istifadə edərək mübarizənin Fələstin məsələsi ilə əlaqələndirilməsini simvolik olaraq göstərib.
 
İlkin bəyanatlarda qruplaşma ABŞ qüvvələrini hədəf alaraq regional gərginlikdən faydalanmağa çalışır. Suriya və İraq bölgələrindəki təhlükəsizlik boşluqları radikal qrupların yeni fəaliyyət zonaları əldə etməsinə və ya mövcud mövqelərini gücləndirməsinə imkan yaradır.
 
Bundan əlavə, bu yeni qruplaşmanın 2019-cu ildə ərazi baxımından məğlub edilən İŞİD-in keçmiş döyüşçülərindən təşkil oluna biləcəyi ehtimalı da irəli sürülüb.
 
Bu hadisə yalnız lokal təhlükəsizlik məsələsinin deyil, həm də Yaxın Şərqdəki geniş geosiyasi qarşıdurmaların yeni mərhələsinin başlanğıcı ola bilər. Regiondakı təhlükəsizlik dinamikaları və radikal qruplaşmaların əməliyyatları gələcəkdə daha ciddi nəticələr doğura bilər.
 
Link kopyalandı!
Son xəbərlər