İran rejimini gözləyən daha böyük təhlükə - VİDEO
154
15:48, Bu gün

İran rejimini gözləyən daha böyük təhlükə - VİDEO

"İrana qarşı ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlarda təkcə bu ölkənin nüvə obyektləri, raket arsenalı və hərbi infrastrukturu deyil, həm də hakim rejimin zaman-zaman etiraza qalxan əhaliyə qarşı qurduğu nəhəng repressiya maşını hədəfə alınır. Bu baxımdan, İsrail aviasiyasının Tehrandakı son "təmizlik işləri" də istisna deyil".
 
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə deyilir.

"Söhbət İran hakimiyyətinin iki mühüm simasının - Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və "Bəsic" təşkilatının baş komandanı general Qulamrza Süleymaninin aradan götürülməsindən gedir. Dünən isə bu siyahıya İranda ETTELAAT kimi tanınan Kəşfiyyat Nazirliyinin rəhbəri İsmayıl Xətib də əlavə olunub və onun həlak olması rəsmən təsdiqlənib.

 
Bu şəxslərin zərərsizləşdirilməsi yalnız İran rejiminin doğurduğu xarici təhdidlərin zəiflədilməsi baxımından önəmli deyil, həm də onların daxildə sadə vətəndaşlara və etirazçı kütlələrə qarşı repressiya və basqı siyasətinin əsas təşkilatçıları və icraçıları olmaları nöqteyi-nəzərindən ciddi hadisə sayıla bilər.
 
Maraqlıdır ki, ölümü bütün dünyada geniş diqqət çəkən Əli Laricani haqqında mediada və sosial şəbəkədə daha çox bir intellektual və strateq, Qərblə dialoq aparmağa qadir siyasi xadim kimi bəhs olunur, amma onun öz xalqı ilə dialoq tərəfdarı olmadığı sanki unudulur.
 
Unudulur ki, dərin bir mütəfəkkir kimi təqdim olunan bu şəxs cəmi iki ay əvvəl - cari ilin yanvarında İranı bürüyən kütləvi etirazların amansızlıqla yatırılması və minlərlə günahsız insanın qətlə yetirilməsi əməliyyatının əsas ideoloqu və planlaşdırıcısı olub. Bu işdə İranın ali rəhbəri ayətullah Əli Xameneinin xeyir-duasını alan Əli Laricani rejimin qorunub-saxlanması naminə etirazçılara qarşı ən sərt addımların atılmasına yaşıl işıq yandırıb və yanvar etirazlarının qan içində boğulması prosesini bilavasitə idarə edib.
 
Təsadüfi deyil ki, İran rejimi üçün onun aradan götürülməsi altı il əvvəl SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə müqayisə olunur", - deyə kanalın materialında bildirilib.
Link kopyalandı!
Son xəbərlər