Bizi sosial şəbəkələrdən izləyin:
İsrail təyyarəsi İranın qərbindəki Sənəndəc hava limanında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus "Mi-17" helikopterini vurub.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"Dəqiq kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədandakı Sənəndəc hava limanında SEPAH-a məxsus "Mi-17" helikopterini aşkar edərək vurub", - deyə SAXAL-dan bildirilib.
Mətbuat xidməti, həmçinin bildirib ki, İsrail SEPAH-ın Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini zəiflətməyə və İranın qərbində hava üstünlüyünü genişləndirməyə davam edir.