Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Novruz bayramı ərəfəsində İrana növbəti humanitar yardım göndərib.
Moderator.az-ın xəbərinə görə, "Haber Global"ın bu barədə videosüjet hazırlayıb.
"İçində 82 ton müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar olan 5 yük maşını Azərbaycan İrana doğru yola çıxıb. Yardım Novruz bayramı ərəfəsində göndərildiyi üçün yük maşınlarına Novruz hədiyyələri də yüklənib. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycana yardım üçün təşəkkür edib", - deyə materialda qeyd edilib.
Həmçinin Azərbaycandan İrana göndərilən ilk humanitar yardım da xatırladılıb.
"Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefon danışığından sonra İran əhalisinin tələbatlarının qarşılanması üçün təlimat vermiş və ilk humanitar yardım yük maşınları martın 10-da yola çıxmışdı", - deyə materialda bildirilib.
Daha ətraflı videosüjetdə: